Dünya
Türkiyənin Şanlıurfa vilayətində partlayış - Video
18-02-2017, 00:12
Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir mahalında hakim və prokurorların yaşadığı binaların yaxınlığında partlayış baş verib.
Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, Yenişehir məhəlləsində baş verən olayda xeyli yaralının olduğu bildirilib.
Hadisədən sonra əraziyə polis və xilasedicilər cəlb edilib.
Partlayışın səbəbləri araşdırılır.
***
Şanlıurfa vilayətinin Viranşehir mahalında baş verən partlayışda 3 yaşlı uşaq həyatını itirib, 15 nəfər isə yaralanıb.
Bu barədə Şanlıurfa valisi Azim Tuna açıqlama yayıb.
O, partlayışın bomba quraşdırılmış avtomobil vasitəsilə həyata keçirildiyini bildirib.