Gündəm

Türkiyə sərhədində şiddətli partlayış: 15 ölü

15-08-2016, 00:59
 
Suriyanın Atme rayonunda şiddətli partlayış baş verib.

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin xəbər saytları məlumat yayıb. Məlumatda qeyd olunur ki, Türkiyə ilə sərhəddə yerləşən Atmedə baş verən partlayışda azı 15 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Bildirilir ki, müxalifləri daşıyan avtobusda partlayış baş verib və avtobus havaya uçub. Yaralılar xəstəxanaya aparılıb.

Partlayışın nədən qaynaqlandığı barədə məlumat verilmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]