Dünya

Britaniya kraliçasının “Twitter” səhifəsini idarə edəcək mütəxəssis axtarır

13-02-2017, 19:31

Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Sun qəzetinə istinadən RİA Novosti məlumat yayıb.

“Saray kraliçanın şəxsi Twitter hesabını aparacaq şəxs üçün 300 min funt məvacib təklif edir. Mütəxəssisdən bloqların düzgün aparılması, kraliçanın görüş və səfərləri ilə bağlı videoların dərc edilməsi tələb olunur”, - nəşr qeyd edir.

Vakant iş yeri ilə bağlı elan Böyük Britaniya kraliçasının rəsmi saytında dərc edilib. Mütəxəssisin illik maaşının 30 min funt olacağı deyilir. Həmçinin Bukinhem sarayının gələcək əməkdaşı II Yelizavetanın “Facebook” və “Youtube” akkauntlarındakı şəxsi səhifələrinə də nəzarət edəcək.

Axtarılan mütəxəssis üçün məvacibin yüksək olmamasına baxmayaraq, kral ailəsi ilə işləyəcək şəxs üçün geniş sosial paket nəzərdə tutur, bura tədris, eləcə də işverən tərəfindən əməkdaşın məvacibinin 15%-i həcmində pensiyanın maliyyələşdirilməsi də daxildir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]