Əsas Səhifə / İslam

“Ruhanilərin bahalı maşınlardan istifadə etməsi haramdır”

11-02-2017, 05:35
“Ruhanilərin və dini təhsil alan tələbələrin bahalı maşınlardan istifadə etməsi haramdır”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki bu fətvanı Ayətullah Seyyid Əli Xamenei fiqh dərsində deyib.

Cari həftənin əvvəlində keçirilən fiqh dərsində, dərsdə hazır olan bəzi ruhani və din tələbələrinin bahalı maşınlardan istifadə etməsi haqda ona məktub daxil olduğunu dilə gətirən Ayətullah Xamenei bu işin haram olduğunu bəyan edib.

“Dərsdə olan bəzi tələbələrin 200 milyonluq maşınlardan istifadə etdiyi haqda mənə məktub gəlib. İsraf haramdırsa hamı üçün haramdır. Hər kəs öz həddində israfa yol verə bilər. Varlı olsun ya kasıb. İsraf haram əməldir. Bu bahalı qiymətli maşınlardan istifadə etmək haramdır.”

Ayətullah Xamenei ölkədə təhlükəsizlik orqanların bahalı maşınlardan istifadə etməsi haqda deyib:

“Diqqətli olun! Bilin ki, əməl, təqva, zahidlik sahibi olmaq, dünyaya bağlanmamaq, dünyanın maddi bəzəkləri və həyatın zahiri gözəllikləri istiqamətdə getməmək bizim əsas vəzifəmizdir”

Administratorla əlaqə

077 611-55-22

[email protected]