Əsas Səhifə / Ölkə

Sakinlər icra başçısından Prezidentə şikayət etdilər

26-12-2015, 21:24
Sakinlər icra başçısından Prezidentə şikayət etdilər

İcra başçısından narazı 50-yə yaxın insan dövlət başçısı ilə görüşmək istəyirlər 
 

50-yə yaxın Laçın sakini Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.


Şikayətçilərdən biri Xaliq Axundovun tia.az-a verdiyi məlumata görə, müraciət etmələrinə səbəb icra başçısı Akif Səlimovdan narazı düşmələridir. 

Dövlət başçısına ünvanlanmış teleqramda deyilir ki, Laçının icra başçısı Akif Səlimovun rayonda yaratdığı korrupsiya mühitindən cana doyublar:"Rayonumuzda bah verənlərə dözmək mümkünsüzdür. İnsanların şərəf və ləyaqətini alçaldıb, dövlətə olan inamını öldürmək iddiasındadır. Vəziyyətin ciddiliyini nəzərə alıb bizi qəbul etməyinizi xahiş edirik. Ümidimiz Sizədir».

Xaliq Axundov qeyd edib ki, dünən şikayət ərziəsini teleqramla dövlət başçısına göndərsələr də, Akif Səlimovun onların şikayətlərinin ünvanına çatacağına imkan verəcəyinə inanmırlar:"Necə ki Axundov Əbdüləli Edilxan oğlunun aylardır şikayət ərizələrinin aidiyyatı yerlərə getməməsinə nail ola bilib".



Administratorla əlaqə

077 611-55-22

[email protected]