Əsas Səhifə / Gündəm

YAP-ın üzvü Akif Səlimovdan Ölkə başçısına şikayət etdi -ÖZƏL

23-12-2015, 20:16
Laçın rayonu icra başçısı Akif Səlimovla bağlı son vaxtlar müxtəlif KİV-də dəfələrlə şikayətlər,video-müraciətlər yayımlanmaqdadır.Laçın rayonundan məcburi köçkün YAP-ın üzvü İbrahimov Əliqulu Şavaqat oğlu  ULUYOL.İNFO xəbər portalı vasitəsilə Prezidentə müraciət etdi:

 YAP-ın üzvü Akif Səlimovdan Ölkə başçısına şikayət etdi -ÖZƏL

"Möhtərəm Prezident ,Cənab İlham Əliyev biz sizin apardığınız islahatları bəyənir və icra edirik.Laçın rayonundan məcburi köçkün kimi Ağcəbədi rayonu Taxta körpü qəsəbəsində məskunlaşmışıq.Artıq rayon ictimaiyyəti Akif Səlimovun özbaşnalığından cana doyub.Sizin apardığınız islahatlar,regionların inkişafı və s. proqramlarınıza məhz Akif Səlimov kölgə salır.

Mən YAP-ın üzvüyəm,həmişə partiyamın uğurlarından sevinmiş və sizin də dəfələrlə məmur özbaşnalığın ifşa etməyiniz lap ürəyimizcə olub.Bundan ürəklənib sosial şəbəkələrdə İcra başçısın ifşa etməyim Akif Səlimovda qıcıq yaradıb və məni məhkəməyə verib.29 dəfə məhkəməm,10 sutka həbsim olub.Səbəb başçının əməllərin ifşa etməyim olmuşdur.Mənim sosial şəbəkələrdə Akif Səlimovla bağlı yazılarıma görə hər iki valideynimi işdən çıxardıb.Özümdə işsizəm.
Ağcabəbi rayon prokuroru Ceyhun müəllim məni çağırtdırdı və valideynlərimi, məni işə qaytaracağın söz verdi.Sonra müraciət edəndə dediki,biz bununla bacarmırıq.Get ölkə başçısına yaz.Yalnız Cənab İlham Əliyev bizi  insanlara hayqırı baxan Akif Səlimovdan xilas edər.

Akif Səlimov xaçpərəstlərlə qohumluq əlaqələri var və qohumları yadına düşəndə biz Laçınlılara divan tutur.Əlimdə faktlar var.Rayon ərazisində və paytaxtda çoxlu sayda obyekt sahibi olan Akif Səlimov nəinki,sadə vətəndaşlara ,idarə müdirlərinə də divan tutur.

Rayon ərazisində fermaları ,müxtəlif obyekləri,paytaxtda 82 saylı marşurut və nələr,nələr.

Məndə olan məlumata görə Akif Səlimov Çovdarovla yaxın əlaqədə olub.Və sizdən xahişim budur ki,araşdırılsın.Akif Çovdarov qanunlarımızla tutulub,amma bu gün onun yaxın adamlarının bayırda insanlara divan tutması davam edir.
Bundan əlavə dövlət əleyhinə çıxan şəxsləri ətrafına toplayan Akif Səlimovun mıəqsədləri nədir?"

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]