Əsas Səhifə / Maraqlı

12 yaşlı canlı bombadan ŞOK ETİRAF

29-11-2015, 11:42
12 yaşlı canlı bombadan ŞOK ETİRAF

Əfqanıstanın Faryab vilayətində üzərinə bağlanmış bombalarla birlikdə polisə təslim olan 12 yaşlı uşaq şok etiraflar edib.

Qaynar.info Faryab polisinə istinadən хəbər verir ki, uşaq "Taliban"ın ailəsinə 10 min dollar ödəyərək "canlı bomba" olaraq yetişdirilməsi üçün düşərgəyə aparıldığnı deyib.

İfadəsində ailəsi tərəfindən "Taliban"a satıldığını bildirən 12 yaşlı uşaq təslim olduğu polis bölməsində özünü partlatmalı imiş. Lakin bunu etməyərək təslim olub.

"Düşərgədə mənim kimi onlarla uşaq var idi. Bizə Allah yolunda öləndən sonra cənnətə düşəcəyimizi deyirdilər. Öldürəcəyimiz insanların kafir olduğunu, onları öldürməyin Allah yolunda ən böyük ibadət olduğunu bildirirdilər. Bir gün üzərimə bomba bağlayıb polis bölməsini partlatmağımı tapşırdılar. Amma mən bunu etmək istəmədim və təslim oldum" deyə uşaq bildirib.
Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]