Maraqlı

İki dəfə Azərbaycan gözəli olmuş Dinara həbsxanada - video

26-01-2017, 22:58
İki dəfə Azərbaycan gözəli seçilən Dinarə Məmmədova hazırda həbsxanadadır.

Axşam.az-ın məlumatına görə, bu haqda "ARB TV"də yayımlanan "Rezonans" verilişində süjet yayımlanıb.

Keçmiş model hazırda Rusiyada qadın həbsxanasında cəza çəkir. O, 6 il azadlıqdan məhrum edilib.

D.Məmmədova “Miss Azerbaijan” titulunu 2003-cü ildə, 17 yaşında qazanıb. Daha sonra ikinci dəfə bu müsabiqədə qalib olub, "Miss Avropa" müsabiqəsinə dəvət alıb. Bir vaxtlar gözəllik kraliçası olan xanım dələduzluqda ittiham edilib. 6 xarici dil bilən Dinara 21 yaşında həbs edilib.

D.Məmmədova həbs edilməsinin səbəbini açıqlayıb:

“Bu, hamı üçün gözlənilməz idi. Bizim ailədə cəzaçəkmə müəssisəsində olan kimsə yox idi. Heç kim bu hadisəyə inana bilmirdi. Eləsi də var idi ki, mənə inanmayıb, üz döndərdilər. Ailəmlə Rusiyaya köçüb biznes qurdum. Məktəb açıb, şərq dillərində dərs verəcəkdim. Rusiya vətəndaşı olmadığım üçün problem yarandı. Bir rəfiqəm təklif etdi ki, onun adına açım, müdir kimi o getsin, mən də işimi görüm. Ona inandım və belə də etdim. Sonra dedik ki, Moskvada da bir məktəb açaq. Bununla bağlı Moskvaya yollandım. Mən Moskvada olanda rəfiqəm uşaqlara deyib ki, Dinara sizi aldadıb qaçıb. Geri qayıdanda polisdə haqqımda 40-a yaxın şikayət var idi. heç nə edə bilməzdim".

Dinara hazırda yaxınları ilə görüşmür:

"Onların yadında həbsxanadakı kimi qalmaq istəmirəm. Valideynlərimlə məktub vasitəsi ilə əlaqə saxlayıram. Atam hazırda olduğu xarici ölkədən mənə işlər axtarır, burdan çıxanda həyatıma davam edəcəyəm. Atam mənə kitablar göndərir, onları oxuyuram".

Administratorla əlaqə

077 611-55-22

[email protected]