Ölkə

Həcc ziyarətinə sənəd qəbulu başlayıb

26-01-2017, 19:47

Oxu.Az xəbər verir ki, idarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.

Birnəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]