Ölkə

100 hektar taxıl sahəsi yandı - Füzulidə

9-07-2016, 03:11
100 hektar taxıl sahəsi yandı - Füzulidə

Füzulidə yanğın hadisəsi qeydə alınıb.

Xeberman.com-un  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

 Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]