Dünya / İslam
Müsəlmanları kəsici alətlərlə və diri-diri yandıraraq öldürən 24 nəfərə cəza veriləcək
2-06-2016, 17:13
Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın Qucarat vilayətində 2002-ci ildə müsəlmanların qətlə yetirildiyi hadisədə 24 nəfər günahkar hesab edilib. Hindistan məhkəməsi Əhmədabad şəhərində Qulbarq icması qətliamı kimi tanınan hadisələrdə isə 36 nəfərə bəraət verib. Günahkar olanların cəzaları bazar ertəsi bəlli olacaq. Ölkənin tarixindəki ən qanlı qırğınlardan biri kimi qəbul edilən Qulbarq hadisələrində müsəlmanların yaşadığı yerə hücum edən kütlə 69 nəfərin ölümünə səbəb olmuşdu. Təcavüzkarlar müsəlmanları kəsici alətlərlə və canlı canlı yandıraraq öldürmüşdü.