Əsas Səhifə / Gündəm

Kəmaləddin Heydərovun qəbulunda təxribat

25-12-2015, 19:46

Mehmanov onlara növbəti il keçiriləcək qəbula gəlmələrini tövsiyə edib.


Xaçmaz rayon icra hakimiyyəti özbaşınalığa əl atıb.

Xalq.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla qəbulunda Xaçmaz sakinləri üçün ciddi maneələr yaradıb. 

Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda bir qrup Xaçmaz sahibkarları iştirak etmək istəsə də, yola çıxanlar ünvana çatmayıblar.

Səbəb isə Xaçmazın çıxışında onların icra hakimiyyətinin tapşırığına əsasən DYP əməkdaşları tərəfindən qeyri qanuni yoxlamalara məruz qalamaları və beləliklə qəbula gecikmələridir. Qəbula buraxılanlar Xaçmaz İcra Hakimiyyətinin başçısının müavini Yetkin Mehmanovun xüsusi hazırladığı Xaçmaz sakinləridir.

Şikayət etmək istəyən sakinlərdən qəbula gələnlər isə müavinin ciddi reaksiyası ilə qarşılaşıblar. Belə ki, Mehmanov onlara növbəti il keçiriləcək qəbula gəlmələrini tövsiyə edib.

Qarşı tərəfin də açıqlamasını dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]