Gündəm

Yol çöküb

3-10-2016, 00:42

Sentyabrın 30-da ölkə ərazisində yağan güclü yağışlardan sonra Xaçmaz rayonunun Xudat şəhərində yol çöküb. Çökən yol Heydər Əliyev küçəsində yerləşir. Ətrafında yaşayış evləri var.

Ərazidə yaşayan sakinlər bu haqda yerli icra qurumlarına məlumat verdiklərini, gəlib baxsalar da, heç bir tədbir görülmədiyini deyirlər.

Küçənin sakinlərindən Niyaz Fərəcov AzadlıqRadiosunu müxbirinə deyib ki, problemi necə həll edəcəklərinin qarşısında acizdirlər: «Hadisə iki gündür baş verib, ancaq heç kim tədbir görmür. Uşaqlara görə çox narahatıq. Çökəyə heç kim düşməsin deyə, özümüz nəzarət edirik».

Mövsüm Məhəmmədoğlu isə deyib ki, çökəyin içində təxminən 2 metr dərinliyində su var. Çökən yol evinin qarşısında olduğundan, o da digər sakinlər kimi narahatdır.

Xaçmaz rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna məsələ ilə maraqlanacaqlarını deyiblər.

Çökən yol

Çökən yol

Administratorla əlaqə

077 611-55-22

[email protected]