İqtisadiyyat
Mərkəzi Bank dolları 1.2 manata salır? - AÇIQLAMA
14-03-2016, 01:47
Mərkəzi Bank martın 18-dən dolların qiymətinin düşəcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər haqda açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən 365.Az-a daxil olan açıqlamada bildirilir ki, sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.
Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.