Siyasət

Qax “Cəngavər” deputatını “İnterpol”la axtarmalı olub - Özəl faktlar

20-12-2016, 01:43
112 saylı Qax seçki dairəsinin seçiciləri az qala İnterpola müraciət etmək məcburiyyətində qalıb;. Onların sözlərinə görə, deputat Kərimli Azər Şəmşid oğlunu heç cür tapa bilmirlər...

Politika.Az xəbər verir ki, A.Kərimli parlamentdə ən passiv millət vəkillərindən biri kimi tanınır. Onun nadir hallarda çıxışına rast gəlmək olar. 
Qaxlı seçicilər isə deyirlər ki, deputatın sonuncu dəfə nə vaxt çıxış etdiyini və əhali ilə görüşdüyünü xatırlamırlar. 

Seçicilərin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, deputatı tapmaq üçün "İnterpol”un yardımından istifadə edilsin. Çünki camaat dərd-sərini demək üçün deputatını tapa bilmir. 

Qax rayonunda kifayət qədər problemlər var və onlar həllini gözləyir. Bu çətinliklərin ictimailəşməsində və həllinə vasitəçilikdə deputatın rolu olmalıdır. 

A.Kərimli isə yaxasını kənara çəkərək 2015-ci ildə seçki ərəfəsində keçirdiyi görüşlərdən sonra qeybə çəkilib. Onun "lal” deputat fəaliyyəti parlamentdə də hiss olunur. 

Hər hansı müzakirədə və ya qanun layihəsinin qəbulunda rəyini eşitmək mümkün deyil. Deyəsən, spiker Oqtay Əsədov da A.Kərimli adlı deputatın MM-in iclasında iştirak etdiyini unudub. 

Politika.Az xəbər verir ki, bu şəxs 2000-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. 

Millət vəkili olduğu 17 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin çıxış etmədiyi də bəlli olur. 

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın "Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. 

Sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil.

Sadəcə, A.Kərimlinin biznes imkanları genişdir. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin "sağlamlığının keşiyində dayanır”. 

İtalyanları varlandıran Azər Kərimli, elə onların nankorluğu ilə üzləşdi. Lakin Azər Kərimli qaxlıların sərvətini italyanlara yedirtməkdənsə, ona səs verən seçicilərinin mənafeyinin keşiyində durub. 

Adi kəndlinin bir dərdinə çarə qılsaydı, ən azından millətinin duasının sahibi olardı və italyanlardan fərqli olaraq qaxlılardan heç bir zaman nankorluq görməzdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]