İqtisadiyyat

Qiymət artımı qərarını kim verir?

10-12-2016, 00:53

 

Tarif Şurası, yoxsa Prezident Aparatı

İşığın və qazın qiyməti qalxdıqdan sonra Milli Məclisdə canlanma yaranıb. Əlbəttə ki, bu canlanma xalqa sevgidən, vətəndaş təəssübkeşliyindən doğmayıb.  Real vəziyyəti tən qid edənlərin hər birinin öz maraqları, öz sifarişçiləri, öz narahatlıqları var. Amma maraqlı məqam deputatların Tarif Şurasını tənqid etməsidir.  Biri Tarif Şurasına qarğış edir, o biri qiymət artıranları xalqa qarşı düşmənçilikdə suşlayır, başqa biri bu addımın ləğv olunmasının vacibliyindən danışır və.s

Sanki, Tarif Şurası müstəqil bir qurumdur və qiymət artımlarını ümumi müzakirə əsasında qaldırmağa qərar verirlər. Qeyd edək ki, Tarif Şurasının üzvləri bunlardır:  Maliyyə nazirinin müavini, Vergilər nazirinni müavini, Kənd təsərrüfatı nazirinin müavini, Ədliyyə nazirinin müavini, Energetika nazirinin müavini, Nəqliyyat nazirinin müavini, Rabitə nazirinin müavini, Səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, Sosial Müdafiə nazirinin müavini, Gömrük sədrinin müavini və Şəhərsalma və Arxitektura komitəsinin sədr müavini.

Göründüyü kimi Şuraya üzv olan şəxslər arasında hansısa müstəqil ekspert, QHT rəhbəri yoxdur. Tarif Şurası tam tərkibdə nazir müavinlərindən ibarətdir. Bu adamların heç bir səlahiyyətləri yoxdur. Aydın məsələdir ki, qiymət artımına "xeyri-dua” ən yüksək səviyyədə olub. Nazirlər "hə”ni alıb, müavinləri də təmsil olnduqları Şura adından qərar veriblər. Ona görə də "prezidentin xəbəri yoxdur”, "prezident Şuranın qərarını ləğv edə bilər” kimi gülməli arqumentlərdən sallaşmaq absurddur.

Qiymət artımına üsyan edən hər bir deputat bilir ki,  qiyməti artıran, buna "yaşıl işıq” yandıran kimdir. Həm də birdən-birə işığın qiymətinin 57 faiz, qazın qiymətinin 100 faiz qaldırılması özfəaliyyət ola bilməz.  Bu faktın özü də təsdiq edir ki, deputatlar cəsarətlənməyiblər, sadəcə olaraq hər kəs öz rəqibinə şillə vurmaq üçün fürsət tapıb. Əsas qiymət artıran isə toxunulmaz qalıb. Əslində, bütün bu tənqidlərin ünvanı Prezident Aparatıdır.  Amma deputatlar tənqidilərini elə karrektə edirlər ki, hədəf  aşağı eşalon görünsün.

Xülasə, Tarif Şurası digər qurumlar kimi sifarişi icra edib. Deputatlar həqiqətən də xalqın qayğısına qalırsa, qiymət artımını ədalətsizlik hesab edirsə, birbaşa prezidentə üz tutsunlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]