Əsas Səhifə / Layihə

“Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi” layihəsinə 2000 gənc cəlb olunub

25-11-2016, 20:13

“Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi” layihəsinə 2000 gənc cəlb olunub
17 noyabr 2016 – cı il tarixində İsmayıllı rayonunda, 18 noyabr 2016 – cı il tarixində Qəbələ rayonunda və 23 noyabr 2016 – cı il tarixində Xaçmaz rayonunda həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Müşahidələr göstərir ki, regionlarda kiçik biznes fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin biznes planların hazırlanması, müəssisələrin yaradılması, bu sahədə mövcud qanunvericilik, ilkin kapitalın cəlb edilməsi, hesabatlılığın təşkili, vergi institutları ilə iş və digər zəruri bilik və bacarıqları yetərli deyil. Bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin təşəbbüslərinin yarımçıq qalmasına və yaxud uğursuzluğuna səbəb olur. Layihənin məqsədi də məhz bu məlumatsızlığı aradan qaldırmaq, region gənclərinin sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatının inkişafında rolunun artrılmasından ibarətdir. Bu haqda "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin əməkdaşı Nail Şükürov qeyd edib.

Layihə çərçivəsində iştirakçı gənclərə "biznesə necə başlamalı”, biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası”, innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilmişdir. Gənclər həmçinin biznes üçün elektron xidmətlər təklif edən "Elektron Hökumət" portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış edilib.

Təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə məşğulluq dövlət proqramının biznes üzrə təlimçisi, biznes konsultant Orxan Şahbazov tərəfindən aparılıb.

Təlimlər aşağıdakı mövzuları əhatə edib:

• Biznesə başlamaq üçün addımlar;

• İdeyaların generasiyası -biznes ideyanın tapılması;

• İnnovativ biznes ideyalar, Startap layihələr;

• Biznes plan, onun hazırlanma qaydası;

• Müəssisələrin yaradılması və qeydiyyatı proseduru;

• İlkin kapitalın cəlb edilməsi yolları;

• Maliyyənin planlaşdırılması və idarə edilməsi.

Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 1 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 2 000 gənc cəlb olunub.

Layihə iştirakçılarına biznesə başlamaq üçün faydalı məlumatları, sahibkarlıq fəaliyyətinin hüquqi formaları haqqında məlumatları özündə əks etdirən bukletlər, yazılı köynəklər və digər nəşr – poliqrafiya məh­sulları paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.



Tural

Administratorla əlaqə

077 611-55-22

[email protected]