Ölkə

Direktor dərsdən yox, ailə münasibətlərindən danışır

18-11-2016, 20:23
Direktor dərsdən yox, ailə münasibətlərindən danışırHörmətli Xeberman.com saytı!
 
Sizi Beyləqan rayonu Yuxarı Kəbirli kəndindən narahat edirəm.

Diqqətinizi həmin kəndin Əli Əsgərov adına tam orta məktəbində baş verən saxtakarlığa yönəltmək istəyirəm.Bele ki,2015-2016 tədris ilində vakant yeri bu kəndə 47 balla Namazova Samirə adında qız qazandı.Lakin aile vəziyyəti ile bağlı dərsə gələ bilməsi.Məktəbin direktoru Tapdıqova Şəkura onun adini jurnalda saxladı ve adına 5 saat dərs yazdı və vakant pulunu mənimsədi.Dərsi isə yaşı 70 olan müəllimə həvalə etdi. Mənim qızım isə 40.168 bal topladı ve bir illik müqavilə ilə bu məktəbdə çalışdı.İşlədiyi dövrdə direktor tərəfindən ağır təhqirlərə məruz qaldı.Diqqətinizi bu məktəbdə baş verənlərə yöneldirəm.Bura mekteb yox , xarabaxanadı . Direktor dərsden yox, ailə münasibətlərindən danışır.Təhsil Nazirliyinə və təhsil idarəsinə etdiyimiz müraciətlər cavabsız qalır. Hanı haqq ədalət, hanı demokratiya. Xaiş edirik bu məsələni ictimailləşdirin ,Həmin məktəb elm ocağı kimi yox , rüşvətxorluq kimi fəaliyyət göstərir. Diqqətinizə görə təşəkkür edirəm!
 
Hörmətlə: Səbinə Behbudova

Administratorla əlaqə

077 611-55-22

[email protected]