Gündəm / İslam

O, gəncləri çox sevirdi…

28-10-2016, 03:07

Mərhum ustad Əli Əkbər Həsənzadə ilə bağlı sosial şəbəkələrdə qeyd olunan sözlər ürək dağlayır. Amma diqqət çəkən bir nüans var. Gənclərə dəyər verməsi. Gənclərin maariflənməsi yolunda çalışması. Daim gənclərlə maraqlanır, problemləri ilə yaxından tanış olur və həlli yolunda çalışırdı. Bu həmin xüsusiyyətdir ki, İslam Peyğəmbəri (s) bunu edirdi. Alimlər də peyğəmbər (s) varisləridir elə deyilmi?

Bir gəncin onun barədə dediklərini sizlərlə paylaşırıq: "Hər dəfə imtahanlardan sonra mesaj yazıb maraqlanırdı , birinci biz yazıb hal-əhval soruşacağımıza həmişə özü ya zəng edərdi , ya da mesaj yazardı.
Mən hərbi qospitalda yatanda mənə dəyməyə gəlmişdi , otağa girdiyində mən yatmışdım , uşaqlardan kimsə soruşmuşdu ki , Nəbiyevin babasısız , demişdi dostuyam.
Həqiqətən yüzlərlə gəncin müəllimi , ustadı olmaqdan əlavə həm də dostu idi , sovet dövründə dəfələrlə təqiblərə , sürgünlərə məruz qalmasına , həyatında çox ağrılı hadisələrə sinə gəlməsinə baxmayaraq ruhu cavan qalmışdı . İqtisadi , Siyasi , tarixi , dini, dil bilgiləri möhtəşəm idi. Rus , Fars , Ərəb dillərini mükəmməl şəkildə ingilis dilini orta səviyyədə bilirdi. Bəzən ingilis dilindən tərcümə edə bilmədiyi mətnləri bizə göstərirdi. Ərəb dilini öyrənmək bəhanəsi ilə dərslərinə gedər , onunla saatlarla söhbət edirdim. Bütün gənclərin dostu , əzizi idi.
Allah sizə rəhmət etsin , ustad…….”

Administratorla əlaqə

077 611-55-22

[email protected]