Ölkə / Elm

Nazirlikdən gözüyaşlı çıxanlar - FOTOLAR

18-08-2016, 00:32
Nazirlikdən gözüyaşlı çıxanlar - FOTOLAR
Azərbaycan hökumətinin üzvləri bölgələrdə səyyar qəbullar keçirsələr də, şikayətçilərin hamısının onlarla görüşməsi mümkün olmur. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. 

2016/2017-ci tədris ilinin başlamasına az qaldı. Məsələnin aktuallığını nəzərə alaraq Təhsil Nazirliyinin qəbul otağından reportaj hazırlamağa qərara aldıq.  Burada vətəndaşların qəbulu işi necə təşkil olunub sualına cavab tapmağa çalışdıq. 

Girişdə dayanan müahifizə polisi şikayətçilərin müraciət etdiyi məsələnin mahiyyəti, əvvəllər bu məsələ ilə əlaqədar müraciət edib-etməməsi hallarını öyrəndikdən sonra qəbul otağına buraxır. Bu suallara cavab verəməyən şikayətçilər qəbul otağının qarşısında gözlədilir. 

  
Həmsöhbət oldluğumuz və qulaq qonağı olduğumuz şəxslərin söhbətindən məlum oldu ki, müraciət edənlərin əksəriyyəti dövlət universitetlərində təhsil haqqı ilə bağlı güzəştlərin edilməsini istəyirdilər. Onların hər birinə müsbət cavab verilmirdi. Təhsil ödənişinin universitetlərin özü tərəfindən müəyyən olunduğu deyilərək, onlara kömək etməyin qeyri-mümkün olduğu bildirilirdi. Ümidlə nazirliyə gələn şəxslərin gözü yaşlı qapıdan çıxırdılar. Onlar ailə məktəbdə oxumaq arzullarının reallaşa bilməyəcəyindən ağlayırdılar. 

Qəbul otağında Türkiyə universitetlərində təhsil almaq istəyən abituryentlərin çoxluğu da müşahidə olunurdu. Amma diplomun tanınıb-tanınmaması ilə bağlı etdikləri müraciət bəzən mənfi cavab alınırdı. Onları təəssüflənirdilər ki, bəzi ali təhsil müəssisələrinin diplomlarını Təhsil Nazirliyi tanımır.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu prosesindən narazı olan şəxslər də var  idi. 

Onlar narazı qaldığı bir neçə məsələ var idi. Şikayətçilər bildirirdilər ki, Bakıda və regionların mərkəzində məktəblərdə vakansiya verilmir. Kənarlarda olan vakant yerlərinin sayı az, yüksək bal toplayaraq işsiz qalanların sayı çoxdur. Şikayətçilər iddia edir ki, reallqıda vakansiyalar daha çoxdur, məktəb rəhbərliyi və təhsil şöbələri bunu məqsədli şəkildə gizlədir.

Şahidi olduq ki, vətəndaş şəxsən müraciət etdikdə nazirliyin əməkdaşları tərəfindən onun soyadı, adı, atasının adı, yaşayış və ya iş yeri öyrənilir. Bəzi vətəndaşların üzərində şəxsiyyətini təsdiq edən sənəd olmasa da, onlar  qəbul edilirdilər. Amma şikayətçilər naziriliyin əməkdaşlarının problemlərinin həll etməməsindən narazı idilər.  

Süründürməçilikdən zəriyyət çəkən vətəndaşlar bildirir ki, onlar birbaşa nazirin qəbulunda olmaq istəyirlər. Onlar nazirliyin əməkdaşları tərəfindən dinlənilib, uçot jurnalında qeydiyyata alınsalar da, onlara rəsmi olaraq cavab ya verilmir, ya da problemin həlli üçün cavab çox gecikir.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilən yeni "Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası”na görə, Vətəndaşlar təhsil nazirinin qəbuluna müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər. 

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-ci il tarixli Qanuna, prezidentin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların  təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"nın tələblərinə uyğun olaraq Təhsil Nazirliyində vətəndaşların qəbulu təşkil olunmalıdır. 

Yeni qaydaya əsasən, nazirin qəbulu ayda bir gün müəyyən olunub. Bu qəbula da düşmək üçün isə şansını bir daha sınamaq lazımdır.

Ramid İBRAHİMOV

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]