Analitika

Vətənpərvərlik duyğu deyil, əqidə və etiqaddır...

25-05-2015, 14:56
Vətənpərvərlik duyğu deyil, əqidə və etiqaddır...
İnsanlar həqiqi Vətənpərvərlik təfəkkürünə də İslam dinimizin buyurduqlarını öyrənib, əməl etməklə yetişə və qərarlaşa bilir. Vətənpərvərlik təfəkkürü isə indiki reallıqda cəmiyyətimizin bütün xəstəliklərinin müalicəsidir. Hər bir vətandaş bu təfəkkürə yetişməsi üçün axtarışda olub, lazım olan bilgilərə, əqidə və etiqada yiyələnməlidir ki, cəmiyyətimiz üçün istənilən və ya arzu edilən yerdə dursun. Ən azından cəmiyyətimizə və dövlətimizə zərər vurmasın və ya başqalarının (güclərin) əlində dövlətimizi, millətimizi vurmaq üçün kötək olmasın. Hətta hər kəs bu mənəvi işi özünə vəzifə borcu kimi qəbul etməlidir. Vətənpərvərlik təfəkkürü hədəf deyil, nəticədir. Yəni, İnsan Ruhən böyüdükcə daha böyük məqsəd və hədəflər üçün mübarzə aparmaq niyyətində olur və bu onun haqqıdır. İslam dinimiz isə insanın ictimayyətin içərisində olmağı təlqin edir bir şərtlə ki, qəlbi Allahla əlaqəli (bağlı) olsun və həddini aşmasın. Ona görə ki, vətəni, milləti, dövləti və milli dəyərləri sevmək, onu qorumaq və bu yolda canından keçmək Allaha xatir olmayanda riyadır və azacıq insanın maraqlarına zidd və ya canına xəta gələndə düşmən olur. Bu isə bağışlanılmaz və ağır nəticələrə aparıb çıxara bilir...
Bizim Milli ideologiyamız keçmişimizin, bu günümüzün və gələcəyimizin tələb və ehtiyaclarını ödəyə bilir. Belə ki, bu ideologiya bizləri həmişə bütün dövrlərdə ciddi düşündürüb, məsuliyyətli edir ki, ömrümüzü bərəkətli keçirək, hər addımımızda vətandaş olaraq ölkəmizə aid olan bütün dəyərlərə sahib duraq və yaxamızı kənara çəkməyək. Bu isə o deməkdir ki, hər bir vətəndaşın təfəkküründə, hər üç təfəkkür; İslam, milliyətçili (ülgüçülük) və müasir çağdaşçılıq iqtidar olmalıdır. Ayrı-ayrılıqda bu təfəkkürlər dəyərli olsalar da, ötən 10 illiklər bunun acı nəticəsini bizlərə dadızdırıb. Bizim gələcəyimiz özümüzün əlimizdə olması üçün Milli ideologiyamıza sahib durub, onun təbliğat və təşviqat maşınını durmadan işə salmalıyıq. Əks təqdirdə daha ağır bəla və imahanlarla üzlşəndə möhtəşəm birlikdən əsər əlamət qalmayacaq. Həmən vaxt, eləcə indi də Ümüdlərini kümlərəsə bağlamaq, cəmiyyətimiz və dövlətimiz üçün fəlakət və faciədən başqa bir şey deyildir...
Tahir Abbaslı
-

Administratorla əlaqə

077 611-55-22

[email protected]