Azərbaycançılıq hissləri necə təşviq edilir?
Layihə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar bilgilər verməklə uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsindən bəhs edir.
Birlikdən verilən məlumata görə əsas məqsəd odur ki, tariximizin dövlətçilik ənənələrini və eyni zamanda müasir Azərbaycan dövlətçiliyini yeni nəslə daha dərindən öyrətmək və azərbaycançılıq ideologiyasını geniş təşviq etməkdir. Bildiyimiz kimi, bugünkü uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz dünyada özünəməxsus bir mövqeyə sahib olmuşdur. Azərbaycanın zəngin dövlətçilik tarixinin və mütərəqqi ənənlərinin bu gün də davam və inkişaf etdirilməsi dövlətimizə böyük uğurlar qazandırmışdır. Dövlətçiliyimizin əbədi və dönməzliyinin bugünkü təminatı Azərbaycan xalqının iradəsidir, gələcək təminatı isə indi formalaşan uşaq, yeniyetmə və gənclərdir. Təcrübə göstərir ki, orta məktəb proqramından əlavə QHT-lərin təşkil etdiyi təlimlər məktəblilərin böyük marağına səbəb olur. Təşkilatın əvvəlki illərdə də orta məktəb şagirdlərinin iştirakı ilə müxtəlif mövzularda təlimlər təşkil edib və bu gün də həmin məktəblilərlə birlik arasında sıx əlaqələr davam edir. Təklif olunan bu layihə üzrə keçiriləcək təlim və müzakirələr maraqlı tarixi faktlar və təqdimatlarla yadda qalacaq.