Kriminal

Şəmkirdə toy vaya döndü: 9 yaralı - YENİLƏNİB

4-01-2017, 17:36
Şəmkirdə toy vaya döndü: 9 yaralı - YENİLƏNİB

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb.

Xeberman.com-un APA-ya istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

16:31

Şəmkirdə ağır yol qəzası baş verib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]