Əsas Səhifə / Mədəniyyət

Bir filmin davası – Ssenarist haqqını tələb edir

14-01-2015, 14:42
Elmar Məmmədovun rejissorluğu ilə çəkilən “Mənim hekayəm” bədii filmin ssenaristi Şəfaqət Cavanşirli (Mirzəyeva) Avrasiya.net-ə onun haqlarının tapdanması ilə bağlı şikayət edib.
Ş.Cavanşirlinin bildirdiyinə görə, iyul ayı 2014-cü il rəfiqəm Elmar Məmmədov adlı bir dostunun qadın zorakılığı ilə bağlı film çəkmək istədiyini, ssenari istədiyini bildirdi. Elmar Məmmədovla rəfiqəmin vasitəsilə telefonla ilk dəfə danışığımız oldu. Qadın zorakılığı ilə bağlı məndən ssenari yazmağımı xahiş etdi. Məndən əvvəl bir xanıma deyib, lakin xanımın yazdığı ssenarini bəyənməyib: “Avqust ayında Elmar Məmmədov adlı şəxslə rəfiqəm bizə qonaq gəldilər. Elmarla onda tanış oldum. Elmar Məmmədova ssenrini yazıb verdim. Bizə gəldi və dedi ki, ssenari ürəyincədi. Lakin filmi öz cibimdən çəkdiyi üçün mənə pul verə bilməyəcəyini, bankdan pul götürüb çəkəcəyini vurğuladı. Dedim madam sənət üçün, kino üçün borc altına girirsən, mən pul götürmürəm səndən. Amma filmi hansısa mükafatda qalib olsa və ya harasa təqdim eləsən, pul düşsə, payımı mənə düşən qonararı verəcəksən. Mən heç kimə pulsuz ssenari yazmıram.
Film çəkildi. Sonradan facebookda öyrəndim ki, filmi Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkib. Mesaj yazdım. Mənə yazdı ki, bəs səni tanıyanda filmin pulunu çoxdan alıb yemişəm. Nəzərinizə çatdırım ki, Elmar Məmmədov Gənclər Fondunun dəstəyi ilə əvvəlcədən də “Film və Mən” adlı film çəkib. Bu dəfə isə mənim ssenarim əsasında göndərdiyi layihənin rəhbəri Elmar Məmmədovun həyat yoldaşı Səttarova Bəyanədi. Gənclər Fondunun sədri Fərhad Hacıyevə məktub yazdım. Onların və mənim Elmar Məmmədov və həyat yoldaşı Bəyanə Səttarova tərəfindən aldadıldığını məktubumda bildirdim.
Fərhad Hacıyevin email adresinə və Gənclər Fondunun email adresinə yazdığım məktublar cavabsız qaldı. Məktubu yenidən rəsmi şəkildə Gənclər Fonduna göndərdim. Email adresimə Gənclər Fondundan Faiq Qürbətov adlı şəxs məktubumu düzgün araşdırmamış, mənə tamam fərqli cavab yazmışlar. Gənclər Fonduna ikinci məktubumu göndərdim və ilk məktubumu düzgün araşdırmadıqlarını bildirdim. Gənclər Fondundan mənə ikinci məktub gəldi. İkinci məktubumda nömrəmi istədilər və Gənclər Fonduna gəlməyimi xahiş etdilər. Gənclər Fonduma nömrələrimi göndərdim.
Gənclər Fondunda çalışan Mübariz Qədirov adlı şəxsdən nömrəmə zəng gəldi ki, bu bizlik deyil. Sizin müqaviləniz olmalıdır. Dedim müqavilə hər zaman maliyyə dəstəyi olan şirkətlə olur. Bir sözlə sübutlarıma baxmaq istəmədilər və onlara heç bir aidiyyatı olmadıqlarını bildirdilər. Sonra Gənclər Fondu məni də, Elmar Məmmədovu da öz ofislərinə çağırdılar. O da ikinci məktubumda mənə olunan haqsızlığı mediyada işıqlandıracağımı deyəndən sonra Elmar Məmmədov gecikdiyi üçün rastlaşa bilmədik. Mən Elmar Məmmədovun onları da, məni də aldatmasıyla bağlı sübutları qarşılarına qoyanda, qayıdıb mənə dedilər ki, Bəyanə Səttarova filmi artıq təhvil verib, bizlik deyil.
Elmar Məmmədovun onlara təhvil verdiyi sənəddə heç bir problem olmadığını dedilər. Gənclər Fondu filmi təhvil almamışdan əvvəl mən tərəfindən aldadıldığıyla bağlı məktub aldı, lakin başısoyuqluq elədilər. Filmi araşdırmadan təhvil aldılar, Bəyanə Səttarova tərəfindən özündən hazırladıqları sənədi isə sübut kimi qarşıma qoydular. Lakin təqdim edilən sənədlərdə Rejissordan tutmuş, bütün heyət işçilərinin adları olmalıydı. Gənclər Fondu bunu araşdırmadı.
Maraqlıdır Gənclər Fondu aldadıldığını bilə-bilə niyə susur? Nədi marağı? Hal-hazırda Elmar Məmmədovun facebook səhifəsində, örtük şəkilində başqa bir işlə bağlı Gənclər Fondunun logosu var.
Necə olur Gənclər Fondundan mənə deyirlər ki, sənədlərdə Elmar Məmmədovun da, sizin də adı yoxdu, amma saytlarında adımız qeyd olunub. Deyirəm, layihənin rəhbərini çağırın. Cavabında da eşidirəm ki, Bəyanə Səttarovanı çağıra bilmərik. Sonra bizi şikayət edə bilər? Gənclər Fondu nə üçün aldadılmaqlarına göz yumur, nə üçün Bəyanə Səttarovadan aldığı sənədi araşdırmayıblar. Halbu ki, onların nizamnaməsində yazılıb ki, hər şeyi araşdırmalıdılar. Hal-hazırda Elmar Məmmədov həmin yazdığım ssenarinin əsasında serial çəkmək istəyir. Başa düşmürəm, mənim icazəm olmadan necə serial çəkə bilər. Ssenari mənə məxsusdu. Elmar Məmmədov fırıldaqçıdır. Dövlətin gənclər üçün yaratdığı şəraitdən sui-istifadə edir”.
Daha sonra Ş.Cavanşirli bu məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyevə məktub yazdığı məktubu da saytın ünvanına göndərib.
Məktubda deyilir: “ Mən gənc ssenaristəm. Azərbaycan kino sahəsində tanınmış prodakşnların bəzilərində ssenarilərimə filmlər çəkilib. Bu ilin avqust ayında Elmar Məmmədov mənə ssenari ilə bağlı müraciət edib. Müraciətində öz hesabı ilə film çəkəcəyini dedi və məndən kömək istədi. Biz də hər bir sahədə öz hesabı ilə iş görmək istəyən gənclərə kömək etməyi özümüzə borc bilirik. Beləcə mən ona – Elmar Məmmədova “Mənim hekayəm” adlı ssenarimi verməklə kömək əlimi uzatdım.
Amma film istehsal olunandan sonra media vasitəsi ilə bildim ki, bu layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun ayırdığı maliyyə ilə çəkilib. Elmar Məmmədov bu layihəni sizə həyat yoldaşı Bəyanə Səttarovanın adı ilə təqdim edib.
Belə olduğu halda mən Elmar Məmmədovdan mənə düşəcək qonararı tələb etdim. O isə mənə (noybarın əvvəlində facebook vasitəsi ilə yazıb) sizin rəhbərlik etdiyiniz Fonddan layihə üçün ayrılan pulu 4-5 ay bundan öncə aldığını və xərclədiyini, filmi isə bankdan götürdüyü pul ilə çəkdiyini dedi. Elmar bunu mənə Facebookda inbox vasitəsilə yazıb bildirib və o yazışmaları saxlamışam, lazım olarsa sizə təqdim edəcəm. Və mənə qonarar verməyəcəyini dedi.
Hörmətli, Fərhad müəllim!
Gənclər Fondunun dəstəyi ilə mənim ssenari layihəmi gerçəkləşdirən Elmar Məmmədov bu dəstəkdən sui-istifadə edərək, həm Gənclər Fondunu, həm də məni aldadıb. Xahiş edirəm, bu işdə mənim hüquqlarımın bərpa olunmasında köməklik edəsiniz”.
Bundan başqa Ş.Cavanşirli E.Məmmədovla sosial yazışmaları və Gənclər Fondunda görüşdüyü rəsmilərlə danışıqları lentə alıb özündə saxladığını deyib.
Məsələ ilə bağlı Avrasiya.net E.Məmmədovla da əlaqə saxlayıb. E.Məmmədov deyib ki, Ş.Cavanşirli ilə bu məsələylə bağlı aralarında şifahi razılıq olub: “Filmin çəkilməsi ilə bağlı Gənclər Fonduna müraciət etdim. Film ərsəyə gələndən sonra Cavanşirli mənə dedi ki, pul verməlisən. Sonra mənə irad bildirdi ki, niyə ondan xəbərsiz fonda layihə vermişəm. Bildirdi ki, əgər filmi fond maliyyələşdiribsə onda mənə də pul düşməlidir. Dedi ki, 700 manat mənə düşməlidir. Axı mən onunla pul söhbəti etməmişəm. Fond bu filmin çəkilməsi üçün 3500 manat pul ayırıb. Filmin Bakıda çəkilməsi nəzərdə tutulsa da yaxşı alınması üçün biz onu Lənkaranda çəkdik. Çəkiliş zamanı hətta cibimdən belə pul xərclədim. Fondla aramda bağlanan müqavilədə ssenaristə pulun verilməsi göstərilməyib. İndi Cavanşirlinin məndən pul istəməsi heç bir hüquq çərçivəsinə sığmır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]