Yazarlar

İlahiyyatçı yazardan Əli Nağıyev kimi ünsürlərə cavab. İmam Hüseyndən səhv tutan gədalara cavab.

15-12-2015, 18:46
İlahiyyatçı yazardan Əli Nağıyev kimi ünsürlərə cavab. İmam Hüseyndən səhv tutan gədalara cavab.
Mahir Şəkərov – İlahiyyatçı yazar
Maraqlı metoddur. Gündə bir Əli Nağıyev çıxır, dini təhqir edir və birdə ondan səs-səmir çıxmır. Mühüm bir hadisə olduqda yenə ayrı bir kukla çıxır meydana. Bu üsul artıq köhnəlib və hamı buna vaqifdir. Dəyişmə zamanı gəlmədimi?

Əli Nağıyev İmam Hüseyndən səhv tutub?

Quranın məntiqinə əsasən gərək insan birinci özünü tanıya, sonra Allahı, peyğəmbəri (s) və daha sonra da bu yolu bizə göstərən bələdçiləri. Amma bugün tam tərsinədir. Görəsən Əli bəy, bu mərhələləri keçib? Öz verdiyi müsahibəsinə görə hələ birinci mərhələyə də yaxın düşməyib. Məsləhət bilirəm ki, özünü tanımayanlar, dini dəyələrimizə dil uzatmasınlar. İmam Hüseyn (ə) nurunu, sizin bihudə sözləriniz söndürə bilməyəcəkdir. Bu işi daha öncə də, Yezid ordusu görmək istədi. Amma nə oldu? Hər dəfə adı gələndə lənətlə yad olur və olunacaq. Elə bugün də onun davamçılarına bu lənətdən pay düşür. (Maidə 13)

İmam Hüseynə ağıl öyrədənin biri də artdı.
Əli bəy qeyd edir ki, İmam Hüseyn (ə) lazım olan şəraiti və lazım olan mövqeyi düzgün seçmədi. Bugünkü dillə desək camaatı qırğına verdi. Bu deyilən sözləri tarix boyunca o qədər çeynəyiblər ki...
Diqqət edin, eləki, İmam Hüseyn (ə) Mədinəni tərk etmək istəyir bəziləri bu Əli Nağıyev kimi başlayır ağıl öyrətməyə ki, getmə. Dediklərini də yersiz bəhanələrlə izah etməyə çalışırdılar. Bugün də bəziləri elə düşünür ki İmam Hüseyn o döyüşə getməklə səhv edib. Deyirlər ki, gərək o da qardaşı İmam Həsən (ə) kimi sülh edəydi. Çünki düşmən ordusu 30 min, müsəlmanlar isə 72 nəfər idi. Məgər İmam Hüseyn (ə) bunu bilmirdi? İmam Hüseyn (ə) hesabdan anlamırdı? Döyüş taktikasından bixəbər idi?
Hələ peyğəmbər (s) zamanından Kərbəla hadisəsinin olacağı və necə olacağı ilahi vəhyin əsasında Allah Rəsuluna (s) çatdırılmışdı və o da bunu əshabına dəfələrlə, müxtəlif şəraitlərdə çatdırmışdır. Bu hədisləri hər bir müsəlman bilir Əli Nağıyevdən başqa.
İslamda ilk parçalanmanı Hz Əli (ə) yaratdı?
Hz Əlini (ə) müsəlman olmayanlar da tanıdı və mədh etdi amma bəziləri hələ də bu şəxsiyyəti tanımamazlıqdan gəlir. Corc Cordaq - Livanlı məşhur xristian yazıçı, şair, dramaturq Hz Əli (ə) –mın fəzilətlərini bəyan etdiyi halda, özünü müsəlman adlandıranlar o həzrəti dini parçalamaqla ittiham edirlər.Bu ittiham sırasında növbədə gözləyən, Əli Nağıyevə də bugün növbə yetişdi nəhayət. Danışdı və danışdıqca içindəki bataqlığın nə qədər dərin və üfünətli olmasını göstərdi. Təəccüblüdür, dindən xəbəri olmayanlar din haqda müsahibə verir və elə zənn edirlər ki, bu yalanlarına hamı inanır. İmam Hüseyni (ə), Hz Əlini (ə) tanımayan ünsürlər televiziya və KİV-də ondan danışırlar. Cənnət və Cəhənnəm barədə təzadlı fikirlər səsləndirənlərdən daha nə gözləyək?
Əli bəy! Hz Əlini (ə) tanımamağın bəlasıdır ki, onun qılıncdan keçirtdiyi xəvaricləri də müsəlman hesab edirsiniz. Hz Əlini (ə) və xəvaricləri tanısaydız bu cür kobud səhvə yol verməzdiniz. Kərbəladakı 72 nəfəri, cəhənnəmə vasil olmuş xəvariclə bir tutmazdınız. Unutmayın! Kərbəladakı 72 nəfəri tarix bir daha görməyəcəkdir.

Nənəm dindar idi amma mən...
“Nənəmin elədiklərinə fikir verib ondan dini tərbiyə almağa faktiki olaraq vaxtım olmayıb” deyirsiniz. Kaş vaxt tapıb, ondan soruşardınız ki SSR – i zamanı Aşura mərasimləri necə keçirilirdi. İnsanların canı bahasına saxladıqları bu ayin və mərasimləri indi yox etməyə qalxmısız? Biraz gecikmisz elə bil. Elə deyilmi?
Son sözüm.
İmam Hüseyn (ə) buyurur: “Dininiz yoxdursa qeyrətiniz olsun.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]