Yaşam

Azərbaycanda ana yeni doğulan övladından imtina edir

3-03-2016, 00:38
Azərbaycanda ana yeni doğulan övladından imtina edir

Həkimlər qadının heç bir yaxınlarının xəstəxanaya gəlmədiklərini deyirlər.

Ağdamda ana dünyaya gətirdiyi körpəsinə sahib çıxmır. 

Xeberman.com xəbər verir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasından Modern.az-a verilən xəbərə gərə, ötən gün xəstəxanaya daxil olan ana, doğduğu körpəsini qəbul etmir.

Məlumata görə rayonun Şıxbabalı kəndindən məcburi köçkün 1979-cu il təvəllüdlü Ağayeva Kifayət Əmir qızı xəstəxanaya Təcili yardım maşınında gəlib. Növbətçi ginekoloji həkim qadının 40 həftəlik normal doğuş vaxtının çatdığını bildirib. Doğuş zamanı heç bir çətinlik yaşanmayıb və qız övladı doğulub.

Köçkün qadın K. Ağayeva uşağın atasının kimliyi barədə məlumat verməyib. Həkimlər qadının psixoloji problemi olduğunu, heç bir yaxınlarının xəstəxanaya gəlmədiklərini deyirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]