Yaşam

9 yaşlı Şəhriyar sümük iliyinin parçalanması, Neman-Pik xəstəliyindən əziyyət çəkir

13-02-2016, 01:37
9 yaşlı  Şəhriyar sümük iliyinin parçalanması, Neman-Pik xəstəliyindən əziyyət çəkirXeberman.com saytı xeber verir ki, 9 yaşlı Kərimov Şəhriyar Natiq oğlu sümük iliyinin parçalanması, Neman-Pik xəstəliyindən əziyyət çəkir. Deyilənə görə o, Azərbaycanda bu çox ağır biz diaqnozla yeganə xəstədir. Hazırda uşağın dalağı şişərək, öz yaşından 4 dəfə böyük insanın dalağının ölçüsünə çatıb. Böyrəyi, qaraciyəri olduqca ağır vəziyyətdədir. Yaxın günlərdə çox bahalı müalicə və dəstək terapiya olmasa, uşağı xilas etmək mümkün olmayacaq. Həmişə olduğu kimi dostlarımız jurnalistlərə, xeyirxah cəmiyyətlərə və xeyirxah insanlara böyük bir ümidimiz var. Gəlin biz hamımız bu balacaya kömək edək! Ən kiçik yardım bu ailəyə çox bir kömək deməkdir! Bu informasiya ilə facebook və xəbər portallarında paylaşaq, bu məktubu dost-tanış-iş yoldaşlarına göndərək, xeyirxah cəmiyyətlərə ötürək, maddi kömək və dəstək duraq! Şəkillər, diaqnoz və bank hesabı məqalədədir: Kömək: 1: MilliÖn ödəmə terminalı ilə pul keçirmək: "Bank xidmətləri” --> ”Bank Standard” --> Debet kartına mədaxil --> Kod 324 756 --> Doğum tarixi 1983.12.02 göstərməklə maddi kömək göstərə bilərsiniz. 2. Əlavədə verilmiş bank hesaba pul köçürə bilərsiniz. 3. Zəng edərək, fərdi şəkildə informasiya almaq və kömək göstərə bilərsiniz. Əlaqə: Anası Şəhla xanım: +994 (51) 960 78 93 Hamıya təşəkkürümüzü bildiririk!

Administratorla əlaqə

077 611-55-22

[email protected]