Ölkə

Tunarın anası xalqa müraciyət etdi - Qoymayın balam ölsün - VİDEO

26-11-2016, 22:28
Tunarın anası xalqa müraciyət etdi - Qoymayın balam ölsün - VİDEO19 yaşlı Tunarın yaşaması üçün mütləq əməliyyat olunması lazımdır.
Şəki şəhəri, Turan qəsəbəsində yaşayan Nəzakət Allahverdiyeva prezident İlham Əliyevə , xanımı Mehriban Əliyevaya və Azərbaycan xalqına müraciət edib. O, müraciətin bir nüsxəsini də XİA.az-a göndərib. Müraciətdə deyilir: "Cənab Prezident, hörmətli Mehriban xanım, mənim xeyirxah Azərbaycan xalqım. Sizə bildirmək istərdim ki, Oğlum 19 yaşlı Tunar Allahverdiyev qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Artıq bir neçə gündür ki, xəstəxanada komadadır. Son günləridir oğlumun bəlkədə. Mən bir ana kimi hamınıza müraciyət edirəm. Sizlərə ehtiyacımız var. Xahiş edirəm bir Azərbaycan gəncinin həyatını xilas etməyə mənə köməklik edəsiniz. Həyat yoldaşım fəhlədir, imkanımız yoxdur. Yenə qohum-qardaş yığışıb biraz bizə köməklik ediblər. Sizlərə yalvarıram. Mənim oğluma kömək edin". 

Bu gün XİA.az saytı Tunar Allahverdiyevin yaşadığı qəsəbədə olub. Onun nənəsi və babası ilə görüşüb. Həmin görüntüləri Sizlərə təqdim edirik. 
Ümid edirik ki, biz hamımız bu gəncin həyatını xilas edə biləcəyik. 
Əlaqə nömrələri: 051 576-04-21 və 051 808-17-76


BANK HESAB NÖMRƏLƏRİ
Tunarın anası xalqa müraciyət etdi - Qoymayın balam ölsün - VİDEO
Tunarın anası xalqa müraciyət etdi - Qoymayın balam ölsün - VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]