Texnologiya

Azərbaycanda əhalinin 18%-i ''Facebook'' istifadəçisidir

14-08-2016, 05:10
Bu il iyulun 1-nə olan rəsmi statistikaya əsasən Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1,8 mln. nəfərə çatıb.

Xeberman.com-un internetworldstats.com-a istinadən verdiyi xəbərə görə, bu da ölkə əhalisinin 18,2%-i deməkdir.

Qeyd edək ki, iyulun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 889 345 nəfərdir. Bununda 61%-i və ya 6 027 647 nəfəri internet istifadəçisidir.

Hesabata əsasən dünya əhalisinin 49,2% və ya 3 611 375 813 nəfərinin internetə çıxışı var. "Facebook" istifadəçilərinin sayı hesabat dövrünə 22,7% və ya 1 662 233 530 nəfər təşkil edib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]