Texnologiya

Facebook-da yeni “like” işarələri peyda oldu – FOTO

28-02-2016, 16:20
Facebook-da yeni “like” işarələri peyda oldu – FOTO

Facebook sosial şəbəkəsinin istifadəçisi "Mən bəyənirəm” düyməsinə basmaqla həm də həmin paylaşıma sevgi, gülüş, təəccüb, kədər və qəzəb kimi hisslərini də bildirə biləcəklər.

Xeberman.com xəbər verir ki, yeni emosiyanı yerləşdirmək üçün Facebook proqramında "like” işarəsini basıb saxlamaq, veb-versiyada isə kursosu həmin işarənin üzərində saxlayıb gözləmək lazımdır.

Bildirilir ki, bir neçə emosiyanın testi 2015-ci ilin oktyabrında başlayıb – o zaman bu yenilik yalnız sosial şəbəkənin ispan və irland versiyalarında işləyib.

İndi bütün dünyada istifadəçilər paylaşımlara olan münasibətlərini bildirə biləcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]