Dünya

“Facebook” profilinə video yerləşdirmək istəyənlər – YENİLİK

6-05-2016, 17:56

Artıq "Facebook” profilinizə video yerləşdirə biləcəksiniz.

“Facebook” profilinə video yerləşdirmək istəyənlər – YENİLİK

Xeberman.com  xəbər verir ki, "Facebook” artıq profilə foto ilə yanaşı həm də video yerləşdirmək seçimini sizin qarşınıza qoyur. Ancaq təəssüf ki, hər kəs bu tədbiqdən istifadə edə bilməyəcək. Bu seçimdən yalnız Android və "iPhone” istifadəçiləri yararlana biləcək. Tətbiq təkmilləşdikdən sonra bütün "Facebook” istifadəçiləri bu seçimdən istifadə edə bilərlər.

Profilinzə qısa video yerləşdirmək istəyirsinizsə aşağıdakıları oxuyun:

1. Mobil telefonunuzdan "Facebook” profilinizə girin;

2. Profil şəklinizin üzərində yazılan "redaktə et” düyməsini basın;

3. Açılan yeni pəncərədə "Yeni profil videosu çək” seçiminə basın və istədiyiniz videonu çəkib profilinizə yerləşdirin.

Videonu profilinizə yerləşdirməmişdən qabaq da izləyə bilərsiz. Onu da qeyd edək ki, profil üçün çəkdiyiniz videoda səsiniz də eşidiləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]