Texnologiya

Türkiyə 13 minlik kiber ordu yaratdı

18-05-2017, 21:30

Türkiyə kiberhücumlarla mübarizə üçün 13 min “bəyaz haker”dən ibarət ordu qurub.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan deyib.

“Biz 2013-cü ildən bəri kiber olaylara müdaxilə mərkəziləri (SOME) yaratdıq. Digər qurumlar da SOME-lərin yaradılmasına dəstək oldu. Son kiberhücumların olacağını hələ 21 martda bildirmişdik. Müdafiə və antivirus proqlarımını yeniləyin – dedik. Son hücumlardan zərərsiz qurtulduq”, - nazir bildirib.

Qeyd edək ki, mayın 14-də dünyanın 74 ölkəsi kiberhücuma məruz qalıb. FTB-nin məlumatına görə isə dünyanın 150 ölkəsindən 200.000 kompüter ziyan çəkib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]