Təhsil / Foto Fakt

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunub (FOTO)

17-05-2019, 01:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub.

Bakı Dövlət Universitetindən Xeberman.com-a verilən məlumata görə, jurnalistika fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanmış və nəzmlə yazılmış tamaşada Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtki despot rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığı əsas götürülüb. Tamaşada müridlə mürşid, despot şahla həqiqət tələb edən şair, xeyirlə şər, aşiqlə məşuq münasibətləri verilib.

“Ənəlhəqq” tamaşasının layihə rəhbərləri Elcan Məmmədov, Fəhruz Rzayev və Rəhman Mirzəlizadə, quruluşçu rejissoru isə Cavidan Kəsəmənlidir. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda BDU-nun rektoru Elçin Babayev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək tələbələri təbrik edib, tamaş


anı yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]