Təhsil / İdman

Təhsil işçiləri arasında futbol çempionatına start verilib

22-04-2019, 19:49

Təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatına start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xeberman.com-a bildirilib ki, çempionat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçirilir.

Aprelin 22-də keçirilən çempionatın ilk günündə BŞTİ-nin futbol komandası Nizami rayon komandasına 10:4 hesabı ilə qalib gəlib.

Çempionatın nəticələrinə əsasən, ilk 3 yeri tutan komandalar müvafiq qaydada mükafatlandırılacaq.

Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliğini genişləndirməkdir.





Administratorla əlaqə

077 611-55-22

[email protected]