Siyasət

Xudaməli Bağırov Mahir Quluyevin yerinə göz dikib

3-11-2016, 20:32
Xudaməli Bağırov Mahir Quluyevin yerinə göz dikib   K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin direktoru Biləsuvarın icra başçısı olmaq niyyətindədir Biləsuvar rayonunda yerləşən K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-lisey son dövrlər peşəkar kadr çatışmazlığı səbəbindən iflic vəziyyətə düşüb. Belə ki, Xudaməli Əliqulu oğlu Bağırovun adıçəkilən təhsil müəssisəsinin direktoru olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, rəhbərlik etdiyi məktəb-liseyə dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməsinə lazımı qaydada nəzarət edə bilmir. O cümlədən K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin elan etdiyi tenderlər zamanı bəzi müəmmalı olayların yaşandığını, nəticədə isə sonda məhz Xudaməli Bağırova yaxın olan şirkətlərin tenderin qalibi elan olunduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən təhsil müəssisəsinin direktoru bir müddət əvvəl məktəb-liseyin büdcə vəsaitindən «Ramil-2010» MMC-yə 15 min manat pul köçürüb: «Deyilənlərə görə, sənədləşməyə görə adı çəkilən MMC qış aylarında məktəbı qızdırmaq üçün təhsil müəssisəsinə odun satacaq. İlk baxışdan bu xəbərdə qəribə heç nə olmasa da, bir qədər sonra çoxuna xeyli anlaşılmaz gələn mətləblər ortaya çıxıb. Məsələ burasındadır ki, 400-dən bir az çox şagirdin təhsil aldığı K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseydə 20-yə yaxın sinif otaqı var və sinif otaqları xeyli müddətdir ki, müasir tipli istilik sistemi ilə qızdırılır. Deməli, Xudaməli Bağırovun rəhbərlik etdiyi təhsil ocağının qış aylarında sobayla qızdırılmasına ehtiyac yoxdur. Deyilənlərə görə, «Ramil-2010» MMC-nin rəhbərliyi K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin direktorunun, həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quluyevin yaxın adamıdır və həmin şirkət rayonda gedən bəzi maliyyə əməliyyatlarınının əksəriyyətində iştirak edir. Bildirilir ki, bu kimi məsələlərdə rayonun maliyyə idarəsinin də özünəməxsus rolu var». Bu arada, K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin direktorunun oğlu Aqşin Bağırovun da məhz atasının yardımları, onun dəstəyilə Biləsuvar rayonunda məsul vəzifələrdən birində çalışdığını qeyd edən məlumatlı şəxs bildirir ki, Xudaməli Bağırov nə yolla olursa-olsun Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almağa can atır: «Deyilənlərə görə, K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin direktorunun bu gün ən böyük arzısı Biləsuvar rayonunun icra başçısı vəzifəsinə təyinat almaqdır. Məhz bu məqsədlə də o, artıq bir müddətdir ki, icra başçısı Mahir Quliyevin əleyhinə fəaliyyətə başlayıb. Belə ki, Xudaməli Bağırovun əlaqələrini işə salaraq rayon camaatı arasında hazırkı icra başçısını gözdən salmağa, onun barəsində bir sıra məlumatları ayrı-ayrı kütləvi informasiya vasitələrinə ötürməyə çalışdığı deyilir. Görünən odur ki, kimlərsə nəyinsə qarşılığında Xudaməli Bağırova Biləsuvarın yeni icra başçısı ola biləcəyinə dair müəyyən vədlər verib». Yeri gəlmişkən, bir məqamı da vurğulamaq lazımdır ki, hazırda Xudaməli Bağırovun rəhbərlik etdiyi K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseydə təhsil alan şagirdlərin dərsə davamiyyəti olduqca zəifdir: «Deyilənlərə görə, şagirdlərin əksəriyyəti nadir hallarda dərslərdə iştirak edirlər. Ümumiyyətlə, məktəb-lisey direktorunun fəaliyyətini rayon sakinləri tərəfindən qənaətbəxş hesab olunmur. Belə ki, məhz Xudaməli Bağırovun yol verdiyi kobud nöqsanlar ucbatından adıçəkilən təhsil müəssisəsinin səmərəliliyi minimuma enib. Buna görədir ki, K.Ağayev adına texniki təmayüllü internat tipli məktəb-liseyin kadr hazırlığı lazımı səviyyədə deyil». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]