Siyasət

5 dövlət komitəsi ləğv ediləcək - siyahı

3-11-2016, 01:16
5 dövlət komitəsi ləğv ediləcək - siyahıYaxın günlərdə Azərbaycanda bir neçə dövlət komitəsinin ləğvi gözlənilir. Bu addım dövlət xərclərinin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi baxımdan zəruridir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Dövlət Sərhəd Xidməti Müdafiə Nazirliyinin, Miqrasiya Xidməti Daxili İşlər Nazirliyinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeçiliyinə veriləcək. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğvi, funsiyalarının başqa dövlət qurumlarına verilməsi gözlənilir.

Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,  Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib

Administratorla əlaqə

077 611-55-22

[email protected]