Siyasət

Azərbaycanda 4 dövlət qurumu ləğv edilir

26-07-2016, 13:33

Məlumatlara görə, struktur islahatları konstitusuyanın dəyişdirilməsi ilə bağlı referenduma qədər və ondan sonrakı mərhələlərdə də davam edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatlara görə, struktur islahatları konstitusuyanın dəyişdirilməsi ilə bağlı referenduma qədər və ondan sonrakı mərhələlərdə də davam edəcək.

Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir. Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]