Siyasət

Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

23-10-2016, 19:29
Xorvatiya prezidenti  Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycana a rəsmi səfərə gəlib.
 
APA-nın məlumatına görə,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında  baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]