Siyasət

İlham Əliyev Qətər Əmiri ilə görüşdü

8-03-2016, 16:30
İlham Əliyev Qətər Əmiri ilə görüşdü

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

Xeberman.com xəbər veadi əlaqələrin genişləndirilməsi üçün yaxşrir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisı potensialın olduğu vurğulanıb.

Bu səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11:55

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, bundan öncə rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qətər əmirinə raport verib. İki ölkənin dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Qətər əmirinə, Qətərin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]