Siyasət

Yusif Yusibov jurnalistləri təhdid edir

12-10-2016, 02:24
Gəncə Dövlət Universitetinin rektoru bəzi saytlara rüşvət verdiyini etiraf edib Universitetin Elçin adlı işçisi rektorun tapşırığı ilə saytlara təhdid dolu ismarıclar göndərir Gəncə Dövlət Universitetinin və onun rektoru Yusif Yusibovun adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanır. Bununla bağlı yayılan informasiyalarda deyilir ki, adıçəkilən təhsil müəssisəsində ciddi neqativ hallar, çoxsaylı nöqsanlar yaşanmaqdadır. Məhz elə bu səbəbdən də Gəncə Dövlət Universitetinin adının müxtəlif kütləvi informasiya vasitələrində daim tənqid hədəfi olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, adıçəkilən təhsil müəssisəsinin rektoru Yusif Yusibov bir sıra jurnalistləri təhqir və təhdid etməyə başlayıb. Belə ki, mənbə iddia edir ki, Gəncə Dövlət Universitetinin Elçin adlı işçisi 050-669-20-51 nömrəli telefondan rektor Yusif Yusibovun tapşırığı ilə saytlara təhdid dolu ismarıclar göndərir: «Deyilənlərə görə, Yusif Yusibovun tapşırığı ilə hərəkət edən Gəncə Dövlət Universitetinin Elçin adlı işçisinin göndərdiyi mesajlarda rektorun kimə və nə qədər pul verməsinə dair qəbzlərin, həmçinin səs yazılarının olduğu bildirilir. Qeyd olunur ki, Yusif Yusibov bu yolla saytları, jurnalistləri təhdid edir, əlindəki qəbz və səs yazılarını hüquq-mühafizə orqanlarına verəcəyini deyir. Bildirir ki, filankəsə 300 manat vermişəm, onun qəbzi və səs yazısı məndə var. Bir sözlə, jurnalistlərə rüşvət verdiyini etiraf edən rektor onları hüquq-mühafizə orqanları ilə qorxudur». Məsələ ilə bağlı Cəncə Dövlət Universitetinin mövqeyini öyrənmək cəhdləri baş tutmadığından qarşı tərəfi dinləməyə hazırıq. 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]