Siyasət

Təcili! Rusiya Qarabağı geri qaytarır - AÇIQLAMA- RƏSMİ

11-06-2016, 00:33

"Rusiya "Kazan düsturu” planını yenidən bərpa edir”.

Təcili! Rusiya Qarabağı geri qaytarır
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Musa Melkonyan "1in.am” saytında yayımlanan məqaləsində yazıb.


Onun sözlərinə görə, iyunun sonunda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburda prezidentlərin görüşəcəyinə dair yayılan məlumatlar, Kremlin təşəbbüsü yenidən ələ almasına dair ehtimalları artırır: "Əgər Putin birbaşa təşəbbüs göstərərək, prezidentləri öz ölkəsində görüşdürürsə, deməli 2010-cu ildə hazırlanan "Kazan düsturu” yenidən gündəmdədir. Təbii ki, bu plan ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur”.


Qeyd edək ki, 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə prezidentlərin Kazan görüşü keçirilmişdi. Bu görüşdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı "Kazan düsturu” gündəmə gəldi.


Bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur.  Bölgəyə Rusiya sülhməramlıları yerləşdirilir. Ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur.


Erməni politoloq da qeyd edir ki, Rusiya öz planını yenidən gündəmə gətirərək, ərazilərin qaytarılması ilə bağlı İrəvana təzyiq edə bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]