Siyasət

Elçibəy qatilləri – ARAŞDIRMA

8-05-2016, 14:33
Elçibəy qatilləri – ARAŞDIRMA

Onun haqqında adətən ruh yazısı yazılıb, sözlərin ən gözəlini seçib axtarıb Onalayiq olmasını istəmişik. İndi isə tamam başqa bir bucaqda durub düşünəcəyik. Bəyin ölümü ancaq bir təşkilatın parçalanması, minlərlə insanın həyatınınalt-üst olması ilə sonuclanmadı… həm də bir millət hədəfə doğru yürüşündən dayandı. Biz Bəyin öldürüldüyü qənaətindəyik!!! Düşündüklərimizi,bildiklərimizi və imkanımız qədərində əldə etdiyimiz məlumatları bir yazıya yerləşdirdik. Amma sözümüzün sonunu elə indi-öncədən deyirik: Bəyin ölümü ilə bağlı kimliyindən və gücündən asılı olmayaraq hər kəsə savaş var!!!…

I HİSSƏ

Bu yazıda 24saat.org Milli Azadlıq Hərəkatının lideri, Türk Dünyasının tək Savaşçısı, Prezident və həm də bir mürşid olaraq qəbul etdiyimiz şəxsin ölümü ilə bağlı soyuq başla düşünməyə çalışıb. Beləliklə, ilk olaraq ondan başlayaq ki, Əbülfəz Elçibəy İsa Məsih kimi qəlbi sevgi dolu, əzabkeş, Məhəmməd Peyğəmbər kimi düşüncəli, iman sahibi hesab olunurdu. O Makedoniyalı İsgəndər kimi qətiyyətli idi. Hitler kimi ideyasının arxası ilə getməyi bacarırdı. O, Fransua Mitteran kimi uzaqgörüntülü
müşahidələr aparırdı. Linkoln kimi dövlət qururdu. Atatürk kimi türklüyün atası sayılırdı. O, Çörçil kimi demokratiya carçısı hesab edilirdi… Və nəhayətdə o, həm iradəsiz, həm hökmlü, həm sadəlöhv, həm kombinasiyalar ustası, həm siyasətçi, həm də ruh insanı sayılırdı. Amma o, bir İNSAN idi. O, tək idi. O, nə etdiyini bilirdi. Bildikləri isə onu Azərbaycanın sahibi etdi.

Çünki, mason masasında Turqut Özal qədər nüfuza malik olan Süleyman Dəmirəl tamam başqa planlar cızırdı. O, Azərbaycanda dövlət quruculuğu prosesinin həyata keçirilməsini, hakimiyyət başına köhnə, lap köhnə dostu Heydər Əliyevin gətirilməsini istəyirdi.

Əbülfəz Elçibəy ziddiyətlərlə dolu tarix yaşayıb, ziddiyətli xarakterə və sirlərə, müəmmalı xəstəliyə və nəhayət ölümə sahib olan təklərdən idi. O, SEÇİLMİŞLƏRdən idi. Bax elə buradaca saxlayaq. Bizim üçün Bəy Tanrı tərəfindən seçilmiş idi.

Amma həm də dünya siyasi düzəninin başqa SEÇİLMİŞLƏRi var. Gizli təşkilatla dünyanı idarə edən qüvvə-

Massonluq

Elçibəyi tək Azərbaycan üçün yox, Qafqaz üçün seçilmiş lider hesab edirdi. Seçənlər onun bütün mənfiliklərini və üstünlüklərini bilirdi. Bildikləri üçün də ona LOJAnın yuxarı başında yer göstərdilər. Bizim qənaətimizcə Bəy heç vaxt bu lojaya əyləşmədi. Başqa sözlə, Bəy mason olmayıb. Bu qənaətimiz yalnız sevgimizdən irəli gəlmir. Elçibəy kimsənin qarşısında öhdəlik götürəcək, dövlət və millət məsələsində şərt qəbul edəcək xarakterdə deyildi (Qarşıda bununla bağlı konkret faktı da yazacağıq). Bu xarakter və düşüncə sahibləri isə lojaya üzv qəbul edilə bilməzdi. Amma bu o demək deyil ki, Elçibəy həmin gizli qüvvələrdən tam kənarda olub.

Əbülfəz Elçibəyi Avropa lojasının türk sorumlusu Turqut Özal tam gücü ilə dəstəkləyirdi. Turqut Özal Əbülfəz Elçibəyi əski sovetlər birliyindəki, türk dövlətlərini ələ keçirtmək üçün ən layiqli namizəd hesab edirdi və bu namizəd loja tərəfindən də qəbul olunmuşdu. Turqut Özal sonralar TÜRK ÖVLADININ yaradıcı simasında tək Elçibəyi tanıyırdı. Türkeş, Oljas Süleymanov, Rauf Denktaş, Mustafa Cəmilolğlu hər biri ayrı-ayrılıqda Türk Dünyasının böyük şəxsiyyətləri idi. Amma Uzaq Şərqdən Kiprə qədər böyük bir geopolitik zolaqda birmənalı söz sahibi ola biləcək tək lider Elçibəy idi. Belə bir imkanlara malik siyasətçi isə masonluq adlandırılan gizli dünya güclərindən kənarda dura bilməzdi. Bu əlaqələr inkar oluna bilməz və bundan sonra yazacaqlarımızı da cəfəngiyyat adlandıranların tələsməməsi üçün

Əlahəzrət fakt

köməyimizə gəlir. Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun bir neçə il bundan əvvəlki məruzəsində Azərbaycan prezidentinin mühafizəsində "Mossad”ın məlumatlarından istifadə edildiyi bildirilirdi. Azərbaycan prezidentinin təhlükəsizliyinin təmin olunmasında Türkiyə və İsrail kəşfiyyatlarının iştirakı Əbülfəz Elçibəyin zamanından başlayıb. Məhz onun hakimiyyəti illərində Azərbaycandakı yəhudi diasporasının ölkə rəhbərinə, onun siyasətinə təsiri də çox böyük idi. Həm də təkcə onlar deyildi. Bu, Əbülfəz Elçibəyin dövründən başlansa da, sonralar Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətləri dövründə də davam etdirildi.

Yeri gəlmişkən, onu da deyək ki, hətta Elçibəyin devrilməsinə hazırlıqlarla da bağlı həmin mənbələrdən məlumatlar əldə edirdilər. Almaniya Federativ Respublikasının xüsusi xidmət orqanlarının həmin dövrdə hazırladığı məruzədə bu haqda məlumatlar var idi. Sonradan Elçibəyin məhz Qərb xüsusi xidmət orqanlarının köməyi ilə devrildiyi haqda da fikirlər yayılırdı. Əbülfəz Elçibəyin paytaxtdan getdikdən sonra öz doğma kəndində yaşadığı illərdə onun mühafizəsində yenə də bu qurumlar açıq və gizli şəkildə iştirak edirdilər.

Keçmiş prezidentə xüsusi rabitə vasitələrinin verilməsi də yenə həmin qurumların işi idi. Çünki onlar yeni hakimiyyətə vəziyyəti tam nəzarət altında saxlayacaqlarına söz vermişdilər. Hər dəfə İran və ya Rusiya, yaxud eyni vaxtda hər ikisi Heydər Əliyev hakimiyyətinə təzyiq edəndə Əbülfəz Elçibəyin yaşadığı kəndə polis qüvvələri yeridilir, onun Bakıya qayıtmağa cəhd göstərdiyi haqda məqsədli dezinformasiyalar yayılırdı. Amma

Dünya gücləri ilə ilk kontakt

Elçibəyin devrilməsindən xeyli əvvəl yaranmışdı. Kürd mənşəli Turqut Özal Avrasiyada, xüsusilə də Qafqaz boyu türk ovalığının dünya siyasi xəritəsində geopolitik güc mərkəzinə çevrilməsi müqabilində İraq-Türkiyə sərhəddi boyunda kürd muxtariyyətinin yaranmasına imkan tanınacağına tam əmin idi. Eyni zamanda Avropa masonları bu ideyanı yetərincə maraqlı layihə kimi qəbul etmişdilər.

İngiltərə masası artıq Əbülfəz Elçibəy faktorunu tamlıqla qəbul edir və onun manevr etmə imkanlarını genişləndirməyə çalışırdılar. Bu Elçibəyin məxfi dünya idarəçiliyinə sahib güclərlə ilk qarşılaşması idi. Ortada ziddiyyət yox idi, amma anlaşmadan da söhbət gedə bilməzdi. Sadəcə Elçibəyin rus əsarətində olan məkanda istiqlal savaşı, xüsusilə də bu savaşı Azərbaycanla məhdudlaşdırmayıb, Qafqazda demokratiya davası, İranda Azərbaycan türklərinin milli haqlarını qabartması, Orta Asiya respublikalarını da bu milli-azadlıq prosesinə cəlb etməsi Avropa mason sistemində əsas gücə sahib olan İngiltərə lojasının maraqları ilə üst-üstə düşürdü.

Təpədən-dırnağa qədər millətçi, türkçü Elçibəyin liberal dəyərlərə hörmətlə yanaşan, demokratiyanın tək düşüncə tərzi olduğunu qəbul edən bir siyasətçi kimi tanınması bununla başladı. Çünki masonçuluq ifrat millətçiliyi daima özü üçün problem kimi görür. Buna görə demokrat Elçibəyin millətçi Elçibəydən önə çıxmasına çalışırdılar. Elçibəy isə kimlərlə və harda nələr etdiyini gözəl bilirdi və bildiyi üsullardan bəhrələnməklə yekun məqsədə nail olmaq istəyirdi.

Millətçiliklə demokratiyanın üz-üzə gəlməsini bir kənara atıb milli demokratiya anlayışını ilk dəfə Azərbaycanda gündəmə gətirdi. Azərbaycandakı proseslərə bütövlükdə nəzarət edən Türkiyə masası olduğu üçün işlər o qədər də yaxşı getmirdi. Buna görə də Elçibəylə məxfi güclər arasında

İlk ziddiyyətlər

Bey Özal Demirel

Yaranmağa başladı. Çünki, mason masasında Turqut Özal qədər nüfuza malik olan Süleyman Dəmirəl tamam başqa planlar cızırdı. O, Azərbaycanda dövlət quruculuğu prosesinin həyata keçirilməsini, hakimiyyət başına köhnə, lap köhnə dostu Heydər Əliyevin gətirilməsini istəyirdi. Süleyman Dəmirəl əslində 1990-cı ildən etibarən mason lojasında tək öz adından yox, həm də Azərbaycanın adından danışırdı və bu səlahiyyəti o, Heydər Əliyevlə münasibətləri, anlaşması əvəzində əldə etmişdi. Heydər Əliyevin isə yetəri qədər siyasi çəkisi varıydı və ona Rusiya masonlarından da dəstək gəlirdi. Rusiya demokratları nə qədər Elçibəyə loyal baxış sərgiləyirdilərsə, Rusiya oliqarx-yəhudi birliyi də o qədər Heydər Əliyevin hakimiyyətə gəlməsini yeganə çıxış yolu kimi görürdülər. Bir sözlə, Avropa mason sistemində Azərbaycanla bağlı ikitirəlik yaranmışdı.

Turqut Özal hesab edirdi ki, kommunizmə və rus-fars rejiminə həmişə nifrətlə yanaşan Elçibəy Heydər Əliyevlə müqayisədə daha dayanaqlı ola bilər. Süleyman Dəmirəl isə bildirirdi ki, artıq komunizm rejimi arxa plana keçir və bizə Rusiya-İran-Qərb üçbucağının formalaşmasında rol oynaya biləcək sima – Heydər Əliyev lazımdır. Hər iki tərəf seçimində haqlı idi. Görünür, buna görə də heç bir tərəf itirilmədi və hər iki tərəflə işləmək qərarı verildi. Amma nəticə etibarı ilə böyük güclər Elçibəyə arxa çevirdilər və bu

Azərbaycana ilk zərbə

Sayıla bilərdi. Avropa mason sistemindəki mübahisəni S.Dəmirəl qazandı. O, həm İngiltərə, həm də Fransız-Rus lojasını inandıra bildi. Köhnə türk siyasətçisinin məntiqi sadə idi: Süleyman Dəmirəl hesab edirdi ki, Əbülfəz Elçibəyin millətçiliyi o həddədir ki, bu, Türkiyənin daxilində də istənilən vaxt gərginlik yarada bilər. Çünki hədəfsiz qalan milyonlarla türk millətçisi yeni hədəf axtarışında idi. Atatürkün millətçilik missiyası nə qədər mason təsirinə məruz qalmışdısa, Alparslan Türkeş hərəkatı da bir o qədər NATO təlimlərindən kənara çıxa bilmirdi. Əbülfəz Elçibəyə qarşı səslənən iddialardan biri də məhz bu idi ki, o, Türkiyə millətçilərinin təkzibolunmaz liderinə çevrilib və istənilən prosesdə həmin qüvvələri idarəolunmaz hala gətirə bilər.

Bu o zaman idi ki, Əbülfəz Elçibəy Azərbaycanda hakimiyyət başında idi və keçmiş Sovet məkanında Pribaltika ölkələrindən sonra diqqəti cəlb edən yeganə dövlət kimi Azərbaycandakı hərəkat dünya mətbuatının diqqətində saxlanılır, bir sıra fondlar, təşkilatlar, institutlar Azərbaycana lövbər salırdı. Əbülfəz Elçibəy böyük məmmuniyyətlə təklifləri dəyərləndirir və maraqların üst-üstə düşməsini əsas gətirərək əməkdaşlığa razılıq verirdi. Amma böyük güclər artıq qərarını vermişdi…

Neftin qara rəngi

Azərbaycan tarixində öz izini buraxmaqda idi. Bu iz neft yataqlarının istismarı ilə bağlıdır. Sonralar Azərbaycan neftinin dünya bazarına çıxarılması ideyasının, marşurutun müəyyənləşməsi ideyasının sahibi kimi Heydər Əliyev göstərilsə də, bunun tam mənəvi və hüquqi haqqı Elçibəyə aiddir. Hətta İngiltərə baş naziri səviyyəsində bu ideyanın reallaşmasına razılıq verilmiş, ilkin işlərin həyata keçirilməsi üçün ciddi maliyyə də ayrılmışdı. Bu addım masonların Qərb masasının tam hərəkətə keçməsi və Elçibəylə ciddi razılaşmaya getməyin ikinci raundu idi. Avropa Mason sistemində söz sahibi olan İngiltərə lojası yeni təkliflər üzərində işləməyə başladığı sırada Vaşinqton masası bütövlükdə düzəni dəyişmək qərarını ortaya qoydu. Fransız-rus lojası da bu qərara dəstək verdiyindən, Avropa mason sistemindəki güc balansı dəyişdi.

Buna da baxın – Tofiq Yaqublu : " Milli Şuranı Rusiyanın layihəsi adlandırmaq tam absurddur ” 

Bu bütövlükdə yeni mərhələnin başlanığıcı idi və illər boyu davam etməli olan bu layihə bu günün özündə də davam etdirilməkdədir. Azərbaycan isə beynəlxalq güclərin arasında sıxılmaqda, İran-Rusiya gərginliyini, hənirtisini hər an boynunun arxasında hiss etməkdə idi. Bu o zaman idi ki, Əbülfəz Elçibəy artıq yaşıl işıq görmüşdü və tam qələbə üçün son addımlarını atırdı. Amma Masonlar Elçibəyi "vurdu” Elçibəyin irəliləməsi Heydər Əliyevin aktivləşməsi ilə paralel aparılır, Turqut Özal Elçibəy, Süleyman Dəmirəl Heydər Əliyev yükünü çəkməkdə, başqa sözlə, sonuncu qələbəni əldə etmək uğrunda öpüşə-öpüşə son savaşı aparırdılar.

Qərb masası Elçibəyin istəkləri həyata keçirtməyin astanasında olduğunu görür, Vaşinqton masası isə Heydər Əliyevin vəzifəyə gəlməsi üçün Bakıda heç bir problemlə qarşılaşmayacağını düşünürdü. Qələbə isə əslində Süleyman Dəmirəlin oturduğu masada idi. Turqut Özalın müəammalı ölümü, Süleyman Dəmirəlin bəlli hökmranlığı Qafqazda sabitliyin yaranması fikrini alt-üst edirdi. Hətta İngiltərə baş naziri Marqaret Tetçerin Bakıya gəlib Elçibəylə şampan içməsi də işə yaramadı. Elçibəy özü də bilirdi ki, neft kəmərinin çəkilişinə icazə versə də, ölkədə hətta dövlət dilini belə ingilis dili etsə də nəticəsi olmayacaq. Çünki super-dövlətlərin mason masalarının əksəriyyəti artıq onu dəstəkləmir.

O, son anda meydanda tək qalacağını da düşünürdü və bilirdi ki, o, mason masası üçün birinci mərhələyə qədər lazım idi. Mason masasına milli demokrat gərək deyildi. Heç demokrat da lazım deyildi…Artıq ona qarşı nəinki mason masaları, eyni zamanda Rusiya, İran, hətta Türkiyənin özü real addımlar atırlar. Bütün bunları Bəy bilirdi. "İndi seçdiyiniz prezidenti bir il sonra devirəcəksiniz” həqiqəti də məhz bu bilgidən qaynaqlanırdı. Hakimiyyətə gedən yolun əvvəlində o, sonu da görürdü. Buna baxmayaraq, Elçibəy bu yoldan qayıtmadı, heç olmazsa bir illik hakimiyyət dönəmində dövlətin müstəqillik, millətin demokratiya təməlinin əsasını qoymaq üçün düşünülmüş qurbanlıq oldu…
Davamını 1 May tarixində oxuyacaqsınız…

Nəsimi Şərəfxanlı, xüsusi olaraq 24saat.org üçün

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]