Siyasət

Qurumları əllərində cəmləşdirən nazirlər və deputatlar

2-05-2016, 18:47
Azərbaycan idman federasiyaları bu gün ya nazirlərin, ya deputatların, ya da vəzifəli şəxslərin nəzarətindədir. Onlar göstərişlə həmin federasiyalara rəhbər seçiliblər. Hətta bir neçə quruma rəhbərlik edən nazirlərimiz də var.
Hurriyyet.org həmin federasiyalar və rəhbərləri ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanı nəzərinizə çatdırırıq.
Boks və taekvondo federasiyalarına Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik edir. K.Heydərov həmçinin Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.
Qurumları əllərində cəmləşdirən nazirlər və deputatlar Güləş, otüstü hokkey və Velosiped İdmanı Federasiyaları Azərbaycan Respublikasının Vergilər naziri (2000-...), I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Kəmaləddin Heydərovun qudası, iş adamı Elçin Zeynalovdur.
Hazırda problemlər yaşayan Ağır Atletika Federasiyasının prezidenti Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərovdur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Atçılıq Federasiyasının rəhbəridir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Atıcılıq Federasiyasının rəhbəridir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gimnastika Federasiyasının rəhbəridir.
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov Badminton Federasiyasının prezidentidir. 
Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibov Azərbaycan Basketbol Federasiyasının rəhbəridir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev də iki federasiyaya rəhbərlik edir. O, idmançılar tərəfindən də Azərbaycan Cüdo Federasiyasının xilaskarı kimi qəbul edilib. Bundan əlavə, 2008-ci ildən AFFA-nın (Azərbaycan Futbol Federasiyası) prezidentidir.
Milyonçu İsgəndər Xəlilovun oğlu Rauf Xəlilov Azərbaycan Dağ Xizəyi Federasiyasının rəhbəridir. İsgəndər Xəlilovun özü isə Azərbaycan Konkisürmə Federasiyasının prezidentidir.
Siyasətçi, iş adamı Hacı İbrahimin qardaşı Nazim İbrahimov Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəridir.
Qurumları əllərində cəmləşdirən nazirlər və deputatlar Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev də federasiya rəhbəridir. Ona inkişafdan geri qalan Azərbaycan Stolüstü Tennis Federasiyasını idarə etmək tapşırılıb.
Millət vəkili, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyev həm də Azəbaycan Üzgüçülük Federasiyasının rəhbəridir.
Qolf Federasiyasının prezidenti isə Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Millət vəkili Adil Əliyev isə Azərbaycan Kikboksinq Federasiyasının rəhbəridir.

Aygün İlqarqızı, Hurriyyet.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]