Siyasət

Millət görün hansı şərtlə sülh istəyirlər

1-05-2016, 18:47
Millət görün hansı şərtlə sülh istəyirlərRusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.

Haqqın.az-ın verdiyi məlumata görə, Jirinovski deyib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb. "O davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: "Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri cəbhədə vəziyyət gərginləşən zaman da oxşar bəyanatla çıxış etmişdi.

"Sovet hakimiyyəti qurulan kimi münaqişələr başladı. Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı. Bu münaqişəni nə Minsk Qrupu, nə fransızlar, nə də amerikalılar həll edə biləcək. Problemin həllində son qəti qərarı ancaq Rusiya prezidenti verə bilər".

Administratorla əlaqə

077 611-55-22

[email protected]