Siyasət

Lavrov Bakıya gəlir

31-03-2016, 20:08
Lavrov Bakıya gəlir

"Regionda əməkdaşlığa dair məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan və iranlı həmkarları Elmar Məmmədyarov və Mohammed Cavad Zərif ilə üçtərəfli görüşdə iştirak edəcək.

Xeberman.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Aprelin 7-də Lavrov Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Nazirlər regional əməkdaşlıq, nəqliyyat layihələrinin perspektivləri və Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər”, - deyə M.Zaxarova bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]