Siyasət

Əlixan Musayev Azərbaycan hökümətini devirmək istəyir.

23-03-2016, 21:23

Azərbaycan höküməti niyə tədbir tökmür?

Xeberman.com Vətəninfo.az-a  istinadən xəbər verir ki, davamlı olaraq redaksiyanın elektron ünvanına Əlixan Musayevlə bağlı daxil olan məlumatları yayımlasa da təssüflər olsun ki,ölkənin müvafiq hüquq-mühafizə orqanları onunla bağlı bu və ya digər addımlar nədənsə atmamaqdadır.

Bu dəfə də redaksiyamıza Əlixan Musayevlə bağlı ŞOK məlumat daxil olub.

Adını açıqlamaqdan çəkinən mənbə tərəfindən daxil olan məlumatda qeyd edilir ki, Əlixan Musayev çox sayda Azərbaycan gəncini Suriyada cihad adı altında İŞİD-də qoşulmağa yönləndirir.


Stat: İndi isə Azərbaycan daxilində yeni fitnəyə başlayıb. Azərbaycanda müsəlman gənclərin "Təkfir Və Hicrət" camaatı adı altında toplanması üçün,onları bir araya yığır və yönləndirir.Əlixan Musayevin planı baş tutsa Azərbaycanda gələcək 10 il ərzində çox böyük radikal qruplaşma yaranacaqdır ki,onlardan da xarici qüvvələrin ölkəmiz əleyhinə istifadə etməsi qaçınılmazdır.

Qeyd edilən məlumatda daha sonra vurğulanır ki, İçəri şəhərdə yerəşən Ləzgi məscidi radikal təkfirçilərin "Təkfir və Hicrət" camaatı adı ilə toplaşdığı ilk məkanlardan biridir. Məlumatda qeyd edilir ki, Əlixan Musayev bir müddət əvvəl Ləzgi məscidində xütbələr verib və məsciddən normal dindarları uzaqlaşdırıb, məşcidə İŞİD-çiləri cəlb etməyi bacarmışdı.

Stat:Bu gün ləzgi məscidində İŞİD üçün dua edirlər.Əlixan Musayev Ləzgi məscidini tam İŞİD-rin əlinə keçirdikdən sonra hal hazırda fitnəsini Qaraçuxur məscidində davam etdirmək planı barədə məlumatlar var. Əlixan Musayev həmçinin Azərbaycanda radikal təkfirçi və İŞİD-çi hücrələri idarə edir və onların mənəvi lideridir. Əlixan Musayevin gizlin təbliğatı sayəsində Azərbacanda İŞİD-çi və digər radikal təkfirçi qruplaşmalarının toplandığı gizli evlər mövcuddur.


Adını məhz bu qruplaşmalardan ehtiyatlanaraq açıqlamaqdan çəkinən mənbə qeyd edir ki,Əlixan Musayevin gizli pozucu fitnəsinin qarşısı alınmasa görün ölkəmizi gələcədə hansı təhlükələr gözləyə bilər.


Redaksiyadan: Məlumatlı mənbə göndərdiyi bu xəbərin sonunda əlavə edib ki, o Əlixan Musayevin İŞİD-ə və Əl-Qaidə-nin Suriyada qolu sayılan "Nusra Cəbhəsi”nə və "əhrar-Şam” silahlı qruplaşmasına xidmət etdiyi ilə bağlı əlavə məlumatlara sahibdir və yaxın günlərdə onu redaksiyamıza təqdim edəcəkdir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]