Ölkə

“Ləzgi Məscidində İŞİD və Əlixan Musayev izi."

3-04-2016, 11:07

Vətəninfo.az xəbər verir ki, Son günlər Sələfi təriqətinin lideri Əlixan Musayevin "Suriyada döyüşə getmək cihaddır” sözləri ölkə mediasının gündəmini zəbt etdi. Bunun ardınca Əlixan Musayevin ikinci bir səs yazısının yayılması və Azərbaycanda kəsilən heyvanların haram olduğunu deməsi isə ortalığı bir qədər də qarışdırdı.Amma qatı radikal-cihadist Əlixan Musayevin açıqlamaları vəziyyəti o yerə çatdırdı ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı məsələ ilə bağlı açıqlama da verdi və komitə rəhbəri bildirdi ki, bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır: "Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür. Gənclər, ümumiyyətlə, əhali arasında güclü maarifləndirmə işləri aparılır”.

Ləzgi Milli Mərkəzi nəzdindəki dindarların icma sədri Faiq Mustafa, məscidin imamı Anar Şəfiyev, icma üzvləri Səməd Abidov, Vasif Səmədov isə "Hafta.az”-ın sualların cavablandıran zaman Əlixan Musayevə haqq qazandırmaqla, Pakistanda həyata keçirilən terror aktı və bu baş verən terror nəticəsinə xiristianların həlak olmasını isə dolayı şəkildə dəstəkləmələri aydın şəkildə özünü biruzə verir.

 

Bu da bir müddətdir Vətəninfo.az-ın radikal-cihadist Əlixan Musayevin əməlləri ilə bağlı yayımladığı xəbərləri bir başa təsdiqləmiş olur. Suriyaya döyüşməyə el arasında "Ləzgi məscidi” kimi tanınan ibadət ocağından gedənlərin də olması haqqında xəbərlər hər kəsə bəllidir və bu məscid İŞİD idalogiyasın təbliğ edənlər arasında "İŞİD-in Səfərbərlik İdarəsi”adlanır. İndi də Ləzgi Milli Mərkəzi nəzdindəki dindarların icma sədri Faiq Mustafa, məscidin imamı Anar Şəfiyev, icma üzvləri Səməd Abidov, Vasif Səmədovun vermiş olduqları müsahibənin təhlil edək,

"Müxtəlif islam ölkələrində baş verən hadisələr, məsələlər də müzakirə olunurmu məsciddə? Məsələn, bu yaxınlarda Pakistanda terror aktları oldu, xeyli adam həlak oldu. Bu cür hadisələrə "Ləzgi məscidində” münasibət bildirilirmi?”- sualına verdiyi cavab:

"O tip məsələlərə biz girişmirik. Bizim o cür hadisələrə müdaxilə etməyimizin səbəbi yoxdur, axı?! Həmin ölkələrdə hadisə baş verir, axı biz bilmirik oradakı partlayışlar nə üçün baş verib?!”. Suala verilən cavabdan da aydın olur ki, bu şəxslər necə lazımdırsa maskalanmağa çalışırlar.Ancaq müsahibənin başqa bir hissəsində isə tamamilə bütün kimliklərini açıb ortaya qoyurlar. "Ləzgi məscidi” üzvülərinin "Pakistanda olan hadisə siyasi mahiyyətli deyil məncə…”-demələri isə göstərir ki,insan təlafatı,qan və təfriqələr belə qüvvələrə görə adi bir haldı.

 

Bu da ikinci bir bir-biri ilə bağdaşmayan daha bir açıqlama : "Niyə daşımır ki… Heç biz bilmirik məsələn, onu kim törədib, partladıb. Amerika partladıb ya başqası. Bunlar siyasidir də. Siyasi məsələləri məsciddə yada salmırıq”. Burdan da görünür ki,məsciddə davamlı olaraq Suriyada baş verənləri müzakirə edən,orda döyşləri cihad,ölənləri şəhid adlandırmaları san ki,siyasi deyildir. Müsahibədə Əlixan Musayevlə bağlı son baş verənlərə də münasibət bildirən "Ləzgi Məscidi”rəsmilər,bu açıqlamaları ilə daxili aləmlərini gizlədə bilməyiblər.

Sitat: - Əlixan Musayev Suriyaya gedənləri "cihada gedənlər” adlandırmışdı. Sizin buna münasibətiniz?

Verilən cavaba diqqət yetirin: Onun cavabı Qurani- Kərimdədir. Peyğəmbərin (s.ə.s) də hədislərində bunun cavabı var. Əlixan Musayev nəsə deyibsə, bu kiminsə xoşuna gəlməyibsə öz problemləridir. Əlixan Müsayev elə-belə söz deməz heç vaxt. O, nəyəsə əsaslanıb deyib bu ifadələri .

Yəni bu şəxslər bəyan edirlər ki. Əlixan Musayevin səsləndirdiyi fikirlər doğrudur.bunun başqa bir açıqlaması yoxdur.

Yuxarıda qeyd etdik ki, müsahibə boyunca bu çəxslər öz gerçək simaların gizlətməyə səy göstərirlər.Amma nə qədər çalışsalar da,gündəlik fəaliyyətlərinin əsil üzünü gizlədə bilmirlər və bu verdikləri müsahibəyə də yansıyır.

Misal üçün bu suala verilən cavaba diqqət yetirin.Görəcəksiniz ki. "Ləzgi məscidi” liderlərləri Pakistanda baş verən son terror hadisəsin siyasi adlandırmaqla,ora baş verənlərə münasibət bildirmək istəmədiklərini qeyd edirlər.Amma məsələ Suriyaya gəldikdə isə artıq simaları ortaya çıxır.

"Bildiyim qədəri ilə Əlixan Musayev Quranı tərcümə edənlərdən biridir”-sualının cavabı dediklərimizin təsdiqidir.

 


-Elə ən gözəl tərcümə edəni də Əlixan Musayevdir. Savada qalanda onun savadı əksəriyyətindən yüksəkdir. Orada vuruşan şiələr niyə müsəlmanlara qarşı vuruşurlar? Onlar kimə qarşı vuruşur, həmin şiələri deyirəm, sünniyə qarşı vuruşur. Adını qoyublar ki, sünnilər terroçulardır. Guya dünya sünnilərin üstünə düşüb buna görə. Suriyadaki münaqişənin kökü nədədir? Nədən başladı. Gəlin hadisələrin əvvəlinə qayıdaq. Suriyada yaşayan camaatın əksəriyyəti sünnidir. Hardasa 85 faiz əhali sünnidir. 12-15 faiz isə şiə, ələvilər və xristianlardır. Bəşər Əsədin özü ələvilərdəndir. Onlar on iki faiz təşkil edirlər. Söhbət ondan gedir ki, 85 faiz camaatın rəhbəri niyə 12 faizlik icmadan olmalıdır? Problem bundadır. Amerika, Fransa həmişə öz istədikləri adamları müsəlman dövlətlərinə rəhbər qoyurlar. Ondan da əvvəl Əsədin atasını hakimiyyətə gətirmişdilər.


Bizcə əlavə şərhə ehtiyac yoxdu. İŞİD-in Səfərbərlik idarəsi kimi tanınan bir məscidin rəhbərliyi ancaq bu şəkildə öz fikir bildirə bilər.Bu açıqlama yəqin ki,dövlətin müvafiq orqanları tərəfindən də təhlil edilməkdədir.

Biz sadəcə olaraq vətəndaş mövqeini ifadə etmyə və bir müsahibədəki gizlinləri aşkara çıxarmağa çalışdıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]