Siyasət / Dünya

Paşinyan: Bir sıra məsələlər həll olunmadan Qarabağ münaqişəsi həll edilə bilməz – VİDEO

6-02-2019, 19:43

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın “Deutsche Welle” tele-radio şirkətinə müsahibə verib.

Müsahibə zamanı Paşinyan bir sıra məsələlərə, həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Həmçinin veriliş əsnasında jurnalist Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə maraqlanıb.
“Bilirsiniz, bu, ilkin proseslər, ilkin danışıqlar idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb. Sadəcə olaraq görüşdük, danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi apardıq. Heç kəs bu görüş zamanı hansısa konkret addımların olacağına ümidli deyildi”.

“Hazırda xarici işlər nazirləri (Azərbaycan və Ermənistan) mümkün görüşümüz üzərində çalışır. Lakin bir sıra vacib məsələlər həll etmədən münaqişənin həlli mümkün deyil” – deyə baş nazir sözlərinə əlavə edib ki, Dağlıq Qarabağı (söhbət Ermənistanın işğal etdiyi ərazilərdə separatçı rejimi nəzərdə tutur) danışıqlar prosesi zamanı təmsil edə bilməz.

Paşinyanın sözünü kəsən jurnalist qeyd edib ki, bu, Ukrayna münaqişəsi məsələsində Kremlin yanaşmasını xatırladır: Kreml deyir ki, Donbass separatçıları ilə danışa bilər, lakin burada Rusiyanın heç bir işi yoxdur, buradakı insanlara təsir edə bilməz.

Lakin baş nazir buna etiraz edərək bildirib ki, bunlar iki ayrı-ayrı məsələlərdir:

“Düşünmürəm ki, Donbass və Dağlıq Qarabağ münaqişəsi ilə eynilik olsun. Bu, həqiqətdir ki, Dağlıq Qarabağın rəhbərliyi var, orada seçkilər təşkil edilir, oranın sakinləri məni seçib və mənə onların səlahiyyətlərini təmsil etmək hüququ verib”.

Xatırladaq ki, Azərbaycanın 20% torpağı – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Erməni sillahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaları ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Lakin ermənilər hələ də bu qətmanəyə məhəl qoymur.


Administratorla əlaqə

077 611-55-22

[email protected]