Siyasət

FETO-çuları Ukraynadakı səfirliyimizə kim və niyə yığır? – SKANDAL

15-05-2017, 01:56
FETO-çuları Ukraynadakı səfirliyimizə kim və niyə yığır? – SKANDAL“Azərbaycanın Ukraynadakı səfirliyi az qala FETO-çuların məskəninə çevrilib”. Bu barədə redaksiyamıza səfirlikdəki mənbədən məlumat daxil olub.

Mənbənin dediyinə görə,vaxtilə adı Elnur Aslanov və digər nurçularla əlaqəsi olaylarında hallanan AZ.TV-nin Ukryana üzrə müxbiri Mövsüm Aslanova səfirlikdə ayrıca kabinet ayrılıb. Bu kabinetdə isə vaxtıyla Ukraynadakı konsulumuz Abbas Mustafayev əyləşirdi. Artıq Mustafayev kabinetindən çıxarılıb, ona kiçik bir otaq ayrılıb.

Mənbənin dediyinə görə, səfirlikdə Aslanovun hegemonluğu ilk hal deyil. Bir qədər əvvəl Kiyevdə Ukrayna bas prokuroru Yuri Lutsenkonun və müavini Yevqeni Yenin Azərbaycanın Ukraynadakı səfirini və icma rəhbərlərini qəbul edən zaman ciddi protokol xətası qeydə alınmışdı.

Belə ki, əslində mətbuata qapalı keçirilən qəbulda AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanov səfirliyin “mətbuat katibi” kimi prokurorluğa təqdim olunub və qəbula salınmışdı. Ekspertlərin fikrincə, bu olduqca ciddi protokol pozuntusu idi.

Qəbulun Ukraynada azərbaycanlılara qarşı baş vermiş cinayət hadisələri ilə bağlı əvvəlcədən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin və diaspor rəhbərləri ilə aparıldığı bildirilsə də, M. Aslanovun istər diaspor, istərsə də səfirlikdə heç bir vəzifə daşımadan “mətbuat katibi” qismində iştirak etməsi nəzərdən yayınmayıb və protokol xətası kimi qeydə alınmışdı.

Aslanov hər yerdə səfir A. Xudiyev ilə şəxsi dostluğunu əsas gətirərək özünü onun qeyri – rəsmi mətbuat katibi olmasını da gizlətmir. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyində M. Aslanovun hər hansı bir vəzifə daşıdığı qeydə alınmayıb və televiziya əməkdaşının səfirlikdə vəzifə daşıması “Diplomatik xidmət haqqında” qanuna da ziddir.

Aslanov səfirlikdə tək məskunlaşmayıb. Onun keçmiş operatoru, “Ukrayna Gənclər Birliyi” təşkilatının keçmiş sədri Anar Tahirovun adı hələ illər öncədən fəal “nurçu”, “gülənçi” kimi hallanırdı. Onların hər ikisi Azərbaycan Prezident Adminstrasiyasının eks-şöbə müdiri Elnur Aslanovun və eks-deputat Ceyhun Osmanlının yaxın dostları, Ukraynada ən yaxın adamları kimi tanınıblar.

Həmin ərəfədə Tahirov səfirlikdən uzaqlaşdırılsa da, hansısa gizli qüvvənin əlyilə yenidən səfirlikdə peyda olub.

Səfir Azər Xudiyev isə onun vəzifəsini Xəyyam Həqiqətoğlu adlı şəxsə tapşırıb. Ukrayna vətəndaşı olan X.Həqiqətoğlu çoxlarına “ermənilərlə dostluq edən azərbaycanlı gənc” kimi tanışdır.

Vaxtilə mətbuatda onun erməni diasporunun aktiv üzvləri ilə dostluğu barədə xeyli materiallar dərc edilib.

Məhz belə bir adamın səfirliyin informasiya sektoruna nəzarət etməsi Ukraynadakı azərbaycanlıları, bu sahədə məlumatlı şəxsləri təəccübləndirib. Həmin şəxslər hesab edir ki, düşmənlə informasiya müharibəsinin aparıldığı bir vaxtda, ermənilərlə çox sıx əlaqələri olan bir şəxsin belə bir posta gətirilməsi heç bir məntiqə sığmır. İş o yerə çatıb ki, həmin şəxs Ukrayna vətəndaşı olduğuna görə mətbuat katibi postuna rəhbər kimi rəsmiləşdirilməsə də, bütün işlər, hətta səfirliyin “facebook” səhifəsinin idarə edilməsi də ona tapşırılıb.

Səfirlikdəki mənbəmizin dediyinə görə, X.Həqiqətoğlu AzTV-nin Ukrayna üzrə nümayəndəsi Möhsüm Aslanovun təqdimatı ilə bu vəzifəyə götürülüb.

Onu da bildirək ki, Xəyyam Həqiqətoğlunun əsasən Ukrayna Erməni diasporunun gənclər təşkilatının sədri və müavinləri ilə dostluq etdiyi, onlarla tez-tez müxtəlif tədbirlərə qatıldığı bildirilir.

Konsulun öz otağından çıxarılıb ora Mövsüm Aslanovun yerləşdirilməsi isə səfirlikdə ciddi narazılığa səbəb olub. Mənbənin dediyinə görə, hətta bu barədə Bakıya, XİN-ə müraciət ediləcəyi də gözlənilir.

Azərbaycan televiziyasının müxbiri üçün Ukrayna Milli telekanalının binasında yer ayrılıb. Amma Mövsüm Aslanov orda oturmaqdan imtina edir. “Səfirlikdə ona böyük otağın ayrılması isə heç bir məntiqə sığmır.

Mövzuda adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]