Siyasət

Ukrayna azərbaycanlılarının ortaq məxrəc böhranı - İbrahimovdan Xudiyevədək...

20-11-2016, 00:54
Milli Məclisin sabiq deputatı Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən azad edilib. Qeyd edək ki, bir neçə il əvvəl adı Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan Elnur Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.  Daha sonra isə media onun Fətullah Gülənə yazdığı məktubu yaymışdı. Elnur Aslanov özü isə Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib etmişdi. 

Xatırladaq ki, Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da Fətullahçılarla bağlı ikinci bir dalğanın başlayacağı iddia olunmuşdu. 

Bir müddət əvvəl də Ukraynadakı mötəbər mənbədən daxil olmuş məlumatda deyilirdi ki, rəsmi Ankara Ukraynadakı Fətullahçılarla bağlı daha bir dosyeni Poroşenko hökumətinə verib və həmin "qara" siyahıda bir qrup azərbaycanlının da adı keçir. İndi Elnur Aslanova nazirlikdə əhəmiyyətsiz bir postun da çox görülməsi belə bir qənaətə gəlməyə əsas verir ki, artıq düyməyə basılıb və nurçularla bağlı iddia olunan həmin ikinci dalğaya start verilib...

Yeri gəlmişkən, onu da bildirək ki, bu günlərdə Moderator.az-a Dnepropetrovskdən adı nurçuluqda hallanan hazırda Ukraynadakı Azərbaycan səfirliyinin icitmaiyyətlə əlaqələr üzrə katibi olan Anar Tahirov və AzTV-nin Ukraynadakı nümayəndəsi Möhsün Qədiroğlu haqqında ilginc məlumatlar daxil olub. Aktuallığı nəzərə alıb adının açıqlanmasını istəməyən mötəbər məbədən daxil olmuş həmin məlumatı təqdim edirik:

"Möhsün Qədiroğlu 2000-ci ilin əvvəllərində Ukraynada AzTV-nin nümayəndəsi kimi çalışırdı. Möhsün Kiyevdə oturmağına baxmayaraq AzTV-nin Belarus və Moldovada olan layihələrinə rəhbərlik edirdi. 2003-cü ilin yayında o vaxt  tələbə olan Anar Tahirovu çəkilişlərini aparmaq üçün öz yanına operator kimi götürdü. Sırf regional mənsbuiyyətinə dayanaraq, çünki hər ikisi Qərbi Azərbaycanlıdır. Möhsümün orada işləməyə başladığı dövr Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Ukraynada səfir olduğu dövrə təsadüf edir. N.İbrahimov Ukraynada analoqu olmayan böyük, möhkəm bir diasporanı sıfrdan qurmuşdu. Ukrayna kimi bir ölkədə Azərbaycan diasporası rus diasporasından sonra ikinci yerdə idi, erməni diasporası Azərbaycan diasporası ilə ayaqlaşa bilmirdi. Ukraynada yaşayan azərbaycanlıların böyük əksəriyyəti N.İbrahimovun fəaliyyətini yüksək qymətləndirir.  N.İbrahimovun bu fəaliyyətinə görə daha sonra o, Azərbaycana Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə aparıldı. Onun yerinə isə Tələt Əliyev gətirildi. 

T.Əliyev N.İbrahimov kimi möhkəm iradəli olmadığına görə Möhsün diasporanın daxilində intriqalar yaratmağa başladı. Bununla da N.İbrahimovun çətinliklə, ziyyətlə, pillə-pillə qurduğu diasporanı Möhsün xeyli zəiflətdi. Gah onun tərəfini tutdu, gah bunun tərəfini, gah diasporanı Tələtin üzərinə qaldırdı, gah da Tələtin tərəfin tutdu. Axırda bunlar onunla nəticələndi ki, heç zaman maddi dəstəyini əsirgəməyən diasporanın rəhbəri Oqtay Əfəndiyev oradan çıxıb getdi. Əslində Möhsün özünə bir var-dövlət də yığmadı, sadəcə onun xislətində dağıdıcılıq, pozuculuq xarakteri var. Onun həyatda qiymət verdiyi yeganə dəyər regional mənsubiyyətdir, xislətində izaholunmaz səviyyədə regionalizm var. 

Tələt Əliyev iradəli adam olmadığından diaspora demək olar ki, parçalanıb dağıldı. Bu gün 3-4 diaspora təşkilatı var, regionlarda diaspora təşkilatları bir-biriylə qırğındadırlar. Ortalığa heç bir iş qoymurlar, bunun nəticəsində son ildə 30-a yaxın azərbaycanlı qətlə yetirilib. 

Möhsünlə Anar daha sonra Azərbaycandan tələbələr gətirib Ukraynada ali məktəblərə düzəltmək fəliyyəti ilə də məşğul olurdu. Əslində xarici tələbələr üçün Ukrayna ali məktəblərinə qəbul pulsuzdur. Ancaq bu adamlar həmin uşaqlardan pul alırdılar və özlərindən müəyyən problemlər uydururdular, güya ali məktəbdə hansısa şəxslərə qəbul üçün pul verməlidirlər. 

Anar Tahirovun nurçuluq məsələsinə gəldikdə isə, onu demək istəyirəm ki, Anar mənən nurçu, ümumiyyətlə dindar adam deyil. Ancaq A.Tahirov Ceyhun Osmanlının qılığına girmək üçün özünü nurçu kimi göstərirdi. Anar əvvəlcə özünü zorla "İRƏLİ" təşkilatına soxdu, daha sonra Ceyhun Osmanlının xeyir - duası ilə Ukraynadakı Azərbaycanlı Gənclər Birliyi adlı bir təşkilat yaratdı və rəhbəri oldu. Amma sonra bütün bunlar ortaya çıxandan sonra məcbur olub Bakıya getdi. Bakıda artıq nurçular onu əldən buraxmamışdılar, vəziyyətinin pis olduğunu görüb nurçuların məkanı olan AZƏRSU-ya yönləndirmişdilər.

Bu yaxınlarda Anarı Möhsünün düzüb qoşmasıyla yenidən Ukraynaya gətirdilər, səfirlikdə ictimaiyyətlə əlaqələr üzrə katib qoydular. Bu, ona görə baş verdi ki, Kiyevə Azər Xudiyev yeni səfir təyin olundu. A.Xudiyev ümumilikdə götürəndə çox yaxşı adamdır, həm zəhmətkeşdir, həm vətənpərvərdir, amma bir qədər saflığı var. Möhsün də onun həm saflığından, həm də regional mənsubiyyətindən istifadə edərək səfirin etimadını qazandı. 

Hazırda Möhsüm yenə də fəaliyyətini genişləndirir. Bu da sabah Azər Xudiyevin özünə böyük zərər vura bilər. Möhsün burada hər kəsə özünü səfirliyin mətbuat xidmətinin rəhbəri kimi təqdim edir, halbuki  sadəcə AzTV-nin buradakı müxbiridi. Bütün informasiya məkanını Ukrayna, Belarus və Moldovada monopoliyaya alıb. Onun xəbəri, icazəsi olmadan heç kim Azərbaycana heç bir məlumat ötürə bilmir. Ancaq o qərar verir ki, hansı diaspor təşkilatı AzTV-də göstərilsin, hansı göstərilməsin. Kiminsə xırda bir işi çox şişirdilmiş halda göstərilir, ancaq başqa birinin böyük işidən heç kimin xəbəri olmur. Deməyim o ki, bu cür yanaşma informasiya təhlükəsizliyi baxımından da böyük problemlərə rəvac verə bilər”. 

Maraqlıdır, Fətullah Gülənçilərə qarşı Elnur Aslanovun işdən çıxarılması ilə başlayan növbəti dalğanın qurbanları arasında adı nurçuluqda hallan Anar Tahirov da olacaqmı? Yoxsa, Anar Tahirov müəyyən dairələrdə artıq özünün nurçu olmadığını sübuta yetirə bilib? Bunu isə ancaq zaman göstərəcək...
 
"moderator" 

Administratorla əlaqə

077 611-55-22

[email protected]